Topoqraf tələb olunur

Digər


İşəgötürən – (Şuşa, Bina layihəsi)

Vəzifə öhdəlikləri:

Müxtəlif miqyaslı xəritələrin tərtib edilməsi, topoqrafiq və xüsusi xəritələrin (planların) hazırlanması, xəritə və sənədlərin sürətlərinin çıxarılması, çoxaldılmasının yerinə yetirilməsi;

Əldə olunmuş məlumatların işlənməsi;

Təlimatlarla və normalarla tənzimlənən topoqrafik işlərin görülməsi

Sadə layihələrin və sxemlərin işlənməsi, onların texniki layihələrə, əməliyyat standartlarına və normativ və texniki sənədlərə tətbiqi

Yerüstü avadanlıqlar üçün tələblərin təyinatında iştirak etmək, onların əldə olunması üçün tələblərin tərtib edilməsi

Planlaşdırılmiş və hesablanmış texniki işlərin qeydiyyatının aparılması, materialların qrafiki qeydiyyatının aparılması

Materialların və sənədlərin saxlanması və qeydiyyatının təmin olunması

Görülmüş yerüstü geofiziki işlərə dair hesabatların tərtib olunması üçün məlumat bazasının hazırlanması və sistemləşdirilməsi

Tələblər:

Müvafiq sahə üzrə ali təhsil;

Analoji sahə üzrə minimum 3 ildən yuxarı iş təcrübəsinin olması;

MS Office proqramlarını (Word, Excel, Power Point), Auto Cad bilməli;

Topoqrafik cihaz və avadanlıqları ilə işləmək və çəkiliş bacarıqlarının olması

İş barədə məlumat:

Əmək haqqı: Müsahibə zamanı bilik və bacarığa uyğun təyin olunacaq 

İş yeri : Füzuli rayonu

6 günlük iş qrafiki

Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “Topoqraf” adını mövzu hissəsində qeyd etməklə CV formalarını   [email protected]   adresinə  göndərə bilərlər.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]