Tır sürücüsü tələb olunur

Sürücü


İş elanını dərc edən – SF Logistics
Vakansiya-Tır sürücüsü (Tent tipli DAF üçün)
SF Logistics şirkəti, müştərilərimizin yüklərini təhlükəsiz və vaxtında çatdırılması üçün məsuliyyətli Tır (Tent tipli DAF) sürücüsü axtarır. Təyin olunacaq yük maşınını idarə etmək, qulluq etmək, həmçinin marşrutları planlaşdırmaq və yükləri çatdırmaq sürücünün əsas vəzifələrinə daxildir. Şirkət dürüstlük, etibarlılıq, hörmət və ədalətli rəftar prinsiplərinə əsaslanır.

Əsas öhdəliklər:
-Yola çıxmazdan əvvəl yük nəqliyyat vasitəsinin texniki sazlığını yoxlanılması
-Yol sənədlərinin düzgün tərtibi və rəhbərliyə təhvili
-Yüklənmə prosesinə nəzarət edilməsi
-Yol hərəkəti qaydalarına əməl edilməsi
-Yüklərin təhlükəsiz və müəyyən edilmiş vaxtlarda çatdırılması
-Yüklərin daşınması zamanı hesabatların verilməsi
-Müştərilərlə müsbət münasibət saxlanılması

Əsas tələblər:
-Yaş həddi: 30 – 55
-BCE kateqoriyalı sürücülük vəsiqəsi və Xarici pasport
-TIR sürücülük təcrübəsi: 3 il
-Türkiyə, Gürcüstan, Avropa Rusiya istiqaməti üzrə təcrübəyə üstünlük verilir
-Nəqliyyat vasitəsinə və yükə aid sənədlərlə işləmə bacarığı
-Yol hərəkəti və nəqliyyat vasitələrinin texniki istismarı qaydalarını bilməli
-Nəqliyyat vasitələrinin qarajlarda və açıq dayanacaqlarda saxlanılması qaydalarını bilməli
-Əxlaqi normalara və daxili intizam qaydalarına riayət etməli
Maraqlanan namizəd, CV-nizi e-mail vasitəsilə elektron ünvanına [email protected] göndərməyiniz və ya 055 600 79 04 nömrəsi ilə əlaqə saxlamağınız xahiş olunur.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]