Tikiş sahəsi üzrə mexanik axtarılır

Texnik


İşəgötürən – Alyans Tekstil

Vakansiya – Tikiş sahəsi üzrə mexanik

Vəzifə öhdəlikləri:

-Tikiş maşınları və digər avadanlıqların təmiri, yaranmış nasazlıqların operativ şəkildə aradan qaldırılması;

-Sıradan çıxan ehtiyat hissələrin dəyişdirilməsi və yenisi ilə əvəz edilməsi;

-Təmir işləri üçün ehtiyat hissə bazası yaradılması;

-Avadanlıqlara davamlı olaraq texniki baxışın və xidmətlərin həyata keçirilməsi;

-Avadanlıqların texniki cəhətdən düzgün istismarına, onların saz vəziyyətdə, tələb olunan səviyyədə işləməsinə nəzarət;

-Yeni avadanlıqların quraşdırılması və yeni texnikaların mənimsənilməsi;

-Təmir işlərində əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət edilməsi.

Namizədə tələblər:

-Texniki sahə üzrə ən orta-ixtisas təhsili;

-Tikiş sahəsi üzrə mexanik olaraq ən az 5 il iş təcrübəsi.

-Avtomat JUKI maşınlarının təmirini bacaran ustalar 

İş şərtləri:

-İş yeri: Sumqayıt şəhəri, Sülh küçəsi, 76-cı məhəllə

-Əmək haqqı: müsahibə əsasında müəyyən olunacaq.

-Nahar və nəqliyyat şirkət tərəfindən təmin olunur. 

CV-nizi e-mail adresinə [email protected] vakansiyanın adını qeyd etməklə göndərə bilərsiniz.

Şirkət haqqında

2008-ci ildə yaradılan Alyans Tekstil MMC, bir növbədə 250-ə yaxın işçisi ilə işləyən və müasir standartlara cavab verən xüsusi geyim istehsalında ixtisaslaşmış qabaqcıl fabriklərdən biridir. Bütün məhsullar beynəlxalq standartlara tam cavab verən Yaponiya və Almaniya istehsalı olan müasir və yüksək dəqiqlikli avadanlıqlardan istifadə etməklə istehsal olunur. Müştərilərimiz tərəfindən təbii və qarışıq lifli materiallardan əlavə, iş geyiminin toxunmasında istifadə olunan materiallara qarşı tələb olunan yüksək standartlara cavab vermək üçün yağ və su itələyici, turşuya davamlı, antistatik, antibakterial, alov davamlı, və digər texniki parçalar. Həm də işçilərinizin təhlükəsizliyini tamamilə təmin edəcək lazımi iş geyimlərinin seçilməsində yüksək ixtisaslı kadrlarımız tərəfindən verilən yardımları təklif edirik. Fabrikimiz bir kəsmə, tikiş salonu, boya loqosu, naxış, ütü, qablaşdırma, hazır məhsul, keyfiyyətə nəzarət şöbəsi, xammal anbarı, yeməkxana və ofis binasından ibarətdir. Fabrik dünyaca məşhur markaların rəsmi distribyutorudur və 1000-dən çox iş geyim modelinə malikdir

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]