Tikinti materialları istehsalçısı marketinq meneceri axtarır

Marketoloq

marketoloq, menecer, marketinq


Şirkət: Mr. Fix

Vəzifə:  Marketinq menecer

Müddət: 2022-03-29 – 2022-04-29

Şəhər: Bakı

Mr.fix haqqında qısa məlumat

“Kartaş LTD” MMC 2003-cü ildə Azərbaycanda təsis edilmiş və Mr. Fix adı altında tikinti materiallarının istehsalına başlamışdır. İstehsal və məhsul texnologiyasına verdiyimiz əhəmiyyət markamızı qısa müddət ərzində ölkənin ən mühüm   tikinti kimyəviləri istehsalçısına çevirmişdir.

Kafel və keramika yapışdırıcıları, aralıq doldurucuları, su izolyasiya materialları, istilik izolyasiya materialları, təmir tikinti materialları, zəmin materialları, hazır suvaqlar, beton qatqıları, istilik izolyasiya və s. kimi tikinti materialları istehsal edir.

ƏSAS ÖHDƏLİKLƏRİ:

– Büdcə idarə etməsi və markanın marketinq planlaşdırması;

– Məhsul performansının idarə edilməsi;

– Mövcud məhsul çeşidinin idarə edilməsi;

– Yeni məhsul inkişafı, məhsul müxtəlifliyinin artırılması, məhsul mənbələrinin müəyyənləşdirilməsi;

– İstehlakçı tədqiqatları və istehlakçı ehtiyacları;

– Bazar araşdırması və rəqibləri araşdıraraq, zəif və güclü tərəflərini müəyyənləşdirmək;

– Məhsul ilə əlaqədar marketinq planını hazırlamaq və plana görə fəaliyyətləri həyata keçirmək;

– Qiymətlərin idarə edilməsi;

– Bazara nüfuz və müqayisə etmə fəaliyyəti;

– Məhsulun tanıdılması üçün layihələrin yönləndirilməsi;

– Təqdimat materiallarından səmərəli istifadəyə nəzarət etmək və izləmək;

– Satış proqnozlarının idarə edilməsi və məhsulun mövcudluğu;

– Satış qrupu ilə satış hədəflərini hazırlamaq;

– Kampaniya tətbiqinin izlənilməsi və nəticələrin qiymətləndirilməsi;

– Təqdimat planlaşdırması və idarəetmə;

TƏLƏBLƏR:

– Kişi namizəd;

– Ali təhsil (marketinq sahəsi üzrə);

– Marketinq üzrə 1-3 il iş təcrübəsi;

– Müstəsna kommunikasiya və ünsiyyət qabiliyyətlərinə malik;

– Güclü analitik və məntiqi düşünmə bacarıqları ilə mürəkkəb məsələləri müəyyən və həll etmək qabiliyyəti olan;

– Ms ofis proqramlarının yüksək səviyyədə bilmə, o cümlədən Power Point və digər qrafik və ya təqdimat proqramları ilə işləmə bacarığı olan;

– Sürücülük vəsiqəsi olan;

– Azərbaycan , ingilis və ya rus dillərində mükəmməl danışıq və yazma qabiliyyəti;

Əmək haqqı:  800 AZN + bonus.

İş saatı: 08.30-17.30

Bu vakansiya üçün [email protected] e-poçtuna mövzu hissəsinə “Marketinq menecer” qeyd edib göndəriniz. Yalnız tələblərə cavab verən namizədlərlə (CV bütün tələblərə uyğun olarsa) əlaqə saxlanılacaq.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]