Inci Group Of Companies kopirayter axtarır

Marketoloq


İşəgötürən: Inci Group Of Companies

Vakansiya: Kopirayter

Son tarix: 19 iyun 2022

Namizədə dair tələblər:

-Təhsil: Ali təhsil;

-Dil bilikləri: Azərbaycan dili (yazılı və şifahi olmaqla mükəmməl səviyyədə), İngilis dili və Rus dili bilməsi arzuolunandır.

-Kompüter bilikləri: MS Office (MS Excel – orta);

-Müvafiq sahədə minimum 2 il iş təcrübəsi;

-Yaş: 35 yaşa qədər

-Komanda şəklində, həmçinin gərgin iş rejimində çalışmaq;

-Yüksək icraçılıq bacarığı, məsuliyyətlilik, düzgünlük, kreativlik, təhlil, proqnoz və planlaşdırma qabiliyyəti, operativlik, dəqiqlik.

Vəzifə öhdəlikləri:

-Reklam mətnlərinin, şüarlarının yazılması,

-Məqalələr, məhsul təsvirləri, sosial media və şirkətin veb səhifəsi üçün məzmunların hazırlanması,

-Reklam ssenarilərinin təklif edilməsi,

-Səhvlər və uyğunsuzluqların araşdırılması, mövzuya uyğun mətnin formalaşdırılması üçün kontent yazılması, korrektə və redaktə işlərinin aparılması,

-SEO yönümlü veb sayt kontentinin hazırlanması və bloqların yazılması,

-Bazar trendlərinin, yeniliklərinin izlənməsi və onların işdə tətbiqi,

-Müştərilərin ehtiyaclarını müəyyənləşdirmək və mövcud məzmundakı boşluqları aradan qaldırmaq üçün yeni məzmun tövsiyyə etmək.

İş qrafiki:

-İş saatları 09:00- 18:00

-İş yerinə nəqliyyat vasitəsilə çatdırılma

-Nahar ilə təmin edilmə

-İş yeri : Bakı şəh Məhəllə 2074-2077,Köndələn küç 10,(Ulduz mts yaxınlığı)

Göstərilən tələblərə cavab verən  namizədlər CV və portfoliolarını [email protected] e-mail ünvanına subject bölməsinə “Kopirayter” yazaraaq göndərmələri xahiş olunur.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]