Marketinq meneceri tələb olunur

Marketoloq


İşəgötürən -Webline

Vakansıya -Marketinq meneceri

Vəzifə öhdəlikləri:

– Bazarda trendlərin, rəqiblərin və bazar payının analiz edilməsi;

– Bazarın dinamikasına uyğun çevik həllərin təklif edilməsi (RTM);

– Partnyorlarla daim ünsiyyətdə olması, onlar ilə şirkət arasında əlaqələri və iş axışını koordinasiya etmək;

– Müştəri bazası, məhsul və xidmətlərin analiz prossesində iştirak edərək, reklamların hazırlanmasına nəzarət etmək;

– Marketinq büdcəsinin müəyyənləşdirilməsi və idarə edilməsi;

– Agentliyə daxil olan şirkətlərin sosial şəbəkədəki səhifələrinin kontent planlarının hazırlanmasına və paylaşılmasına nəzarət eləmək;

– Post Planların hazırlanması;

– ADS Menecer üzərindən reklamların yaradılması və reklam ödənişlərinə nəzarət;

– Düzgün və dolğun tarqetinq;

– Sosial mediada paylaşılacaq vizualların dizayn edilməsinə nəzarət etmək;

– Marketinq sahəsinin inkişafı məqsədilə, daim yeni axtarışlar etmək və müvafiq istiqamətlər barədə rəhbərliyə məlumat vermək;

– Marketinq kommunikasiyalarının effektivliyinin monitorinqi və hesabatı, aylıq marketinq fəaliyyətlərinin hesabatlarının hazırlanması və rəhbərliyə təqdim olunması;

Tələblər:

– Marketinq meneceri vəzifəsində minimum 1 il iş təcrübəsinin olması (reklam agentliyində təcrübə üstünlükdür);

-Biznes düşüncəsi olmalı, marketinq və bazar araşdırmaları haqqında dərin biliyə malik olması;

– İngilis dil biliyi (orta səviyyədə)

– Sosial media platformalarında sərbəst iş bacarığı;

– Facebook Business və ads manageri ətraflı bilməli;

– Yaradıcı, məsuliyyətli, kreativ olmalı və kollektivlə işləməyi bacarmalıdır;

– Problem həlletmə, idarəetmə bacarığına, müstəqil qərar vermə və ünsiyyət qabiliyyətlərinə malik olmalı və təşəbbüskarlığı yüksək səviyyədə olmalıdır;

-Rəqəmsal marketing biliklərinin olması;

– Yüksək analitik qabiliyyətə, ünsiyyət və təqdim etmə bacarıqlarına malik olmaq;

İş şərtləri:

– Əmək haqqı fix + % (KPİ əsasında)

– 5 günlük iş qrafiki. 10:00-18:00

– İş yeri: Heydər Əliyev pr 5 (Heydər Əliyev mərkəzinin yanı)

– Tələblərə uyğun şəxslər CV formalarını [email protected] mail ünvanına, mövzu hissəsinə ”Marketing meneceri” yazmaqla göndərə bilərlər.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]