Marketoloq tələb olunur

Marketoloq

marketinq meneceri


İşə götürən – Green Cleaning MMC

İşin təsviri:

  • Təmizlik və dezinfeksiya xidmətlərinin satışını, rəqabət qabiliyyətliliyini daim izləmək və təhlil etmək, müvafiq bazar araşdırmaları aparmaq;
  • Xidmətlərin hədəf kütləsinə uyğun reklam kampaniyalarının hazırlanması və kampaniyalarının effektivliyinin ölçülməsi;
  • Bazar tələbatının, rəqiblərin aktivliklərinin öyrənilməsi, seqment üzrə analizlərin aparılması
  • Müxtəlif müştəri və müştəri qruplarına xüsusi məhsul və xidmət şərtlərinin tanıtımı, onların təqdim olunmasına dair təklif və kampaniyaların hazırlanması;
  • Yeni xidmətlərin yaradılması, xidmət və satış şəbəkəsinin genişləndirilməsi, xidmətin keyfiyyətinin və müştəri məmnuniyyətinin artırılması ilə bağlı təkliflər hazırlamaq;
  • Satış potensialının tam şəkildə istifadə edilməsi üçün tədbirlərin planlaşdırılmasında və həyata keçirilməsində iştirak etmək;
  • Reklam kanallarının effektivliyinin izləniləməsi;

Tələblər:

  • Marketinq, maliyyə, menecment, iqtisadiyyat istiqaməti üzrə bakalavr təhsilinin olması;
  • Ən azı 1 il marketinq sahəsində iş təcrübəsi (xidmət sektoru üzrə iş təcrübəsinin olması arzuolunandır);
  • Təhlil etmə və hesabatların hazırlanması bacarıqları;
  • Analitik düşünmə qabiliyyəti;
  • Microsoft Office proqramlarından istifadə bacarığı;
  • Ünsiyyətcil, təşəbbüskar, yüksək təqdimat bacarığı;
  • Səlis Azərbaycan və Rus dili bilikləri.

İş şəraiti:

  • İş günləri: I-V günlər;
  • İş saatı: 09:00-18:00;
  • Rəqabət qabiliyyətli əmək haqqı.

Müraciət etmək üçün CV nümunələrinizi [email protected] mail ünvanına və ya +994 (50) 444-74-47  nömrəsinin whatsapp bölməsinə göndərməyiniz və xahiş olunur.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]