İri holdinqə marketinq üzrə baş mütəxəssis tələb olunur

Marketoloq

marketoloq


İş elanın dərc edən: Azersun Holding

Vakansiya: Marketinq üzrə Baş Mütəxəssis
Son tarix: 03 aprel 2023 

Tələblər:
Marketinq və ya əlaqəli sahəsində Ali Təhsil;
Müvafiq sahə üzrə 2-3 illik təcrübəsi olmalı;
İngilis dili bilməsi arzuolunandır, Rus dili bilməsi üstünlükdür;
MC Office proqramlarını bilməli;
Marketinq sahəsində sertifikatları olması mütləqdir;
İşi ilə bağlı ezamiyyətlərdə olan bilməli, mətbəə işlərin və dizayn proqramların adları görməsi üçün bu sahədə də anlayışı olmalıdır;
Yenilikərə açıq olmalı, texnologiyanı təqib etməli, sektoru ilə əlaqəli dünya brendlərini tanımalıdır.
Vəzifə Öhdəlikləri:
Məhsul idarəsində olan məhsul markalarının ehtiyacları istiqamətində qısa və uzun dövrlü marketinq strategiyasını dəstəkləyən planlar hazırlamaq, layihələr həyata keçirmək, eyni zamanda cari ilin strategiyasını idarə edərkən gələcək dövrlərdəki strateji istiqamətləri müəyyənləşdirmək, məhsul markalarının ideya mərhələsində istehlakçılara çatdırılması və hətta istehlakçılardan gələcək dəyərləndirmələrin də daxil olduğu uzunmüddətli bir prosesin cavabdehliyini daşımaq
İstehlakçı ehtiyac və davranışlarını təhlil etmək məqsədi ilə həyata keçiriləcək marketinq tədqiqatları ehtiyacını müəyyənləşdirmək, tədqiqat briflərini hazırlamaq, keçirilən tədqiqatları qiymətləndirərək fəaliyyət planları hazırlamaq
Bazar dinamikasını, rəqibləri və rəqib məhsullarını təqib edərək, öz təklifləri ilə məruzə etmək.
Məhsulun qablaşdırılması, reklam, çap materialları, promosyonların məhsul və marka bütövlüyünə uyğun olmasını təmin etmək.
Marka məhsulunun performansını müşahidə edərək təhlil etmək.
Məhsul və marka ilə əlaqədar Şirkətin illik kommunikasiya, reklam, media, PR hədəf və strategiyalarının müəyyənləşdirilməsi üçün rəhbərliyə təkliflər vermək.
Reklam briflərini, POP materiallarını, satış təşviq materiallarının briflərini hazırlamaq və işin gedişatına nəzarət etmək.
İstehlakçı ehtiyac boşluqları və yeni istehlakçı istifadə vərdişlərini müəyyənləşdirərək yeni məhsul təklifləri vermək.
Məhsul və Marka strategiyasına uyğun olaraq layihə planları hazırlamaq, prioritetləri müəyyənləşdirmək və buna uyğun  həftəlik nəzarət etmək.
Təşviqat, taktiki satış  və qiymət qoyma fəaliyyətləri həyata keçirilməsinə nəzarət etmək.
Layihə və kampaniyaların büdcə hədəfləri daxilində planlaşdırılmasını təmin etmək.
Satış hədəflərinə çatmaq üçün lazımi marketinq fəaliyyətlərini və məhsul strategiyasına uyğun illik promosyon fəaliyyərlərini planlaşdırıb rəhbərliyə təqdim etmək.
Satış departamenti ilə ortaq çalışmalar apararaq fərqli kanal və bölgə layihələri planlaşdırmaq.
Satış kanallarını ziyarət edərək, məhsulların rəfdə və paylama kanalındakı təsirliliyini, promosyon fəaliyyətlərinə nəzarət etmək.
Marka imicinin idarə edilməsi və təkmilləşdirilməsi  üçün yeni brend kampaniyalarının başladılması və inkişaf etdirilməsi
Marka kampaniyaları ilə bağlı hesabatların hazırlanması və analiz  nəticələrinə uyğun həllyönümlü təkliflərin verilməsi
Mütəmadi olaraq ediləcək market ziyarətləri hesabatlarının hazırlanması və aşkarlanmış uyğunsuzluqların hesabatlarda qeyd edilərək düzəldilməsi üçün satış komandasına məlumat verilməsi
Ticarət marketinq  və satış komandası ilə sıx əlaqədə olmaqla satış artımı üçün təkliflər hazırlanması
İstehsal öncəsi, istehsal müddəti və istehsal sonrası zavodların ziyarəti.
Marketinq büdcəsinin təyin olunması və aylıq hesabatın aparılması.
İllik, rüblük və ay üzrə gündəlik satış analizlərinin hazırlanması və rəhbərliyə  təqdim olunması. Müvafiq fəaliyyətlərin həyata keçirilməsi, kateqoriyanın aylıq fəaliyyət hesabatının (portfolio) hazırlanması, Aylıq, rüblük və illik markanın marketinq fəaliyyət hesabatının hazırlanması və təqdimatın rəhbərliyə təqdim olunması
Məhsul lahiyələrinin və fəaliyyətlərinin ideya qismindən təhvil-təslim mərhələsinə qədər təsdiq etdirmək üçün rəhbərliyə təqdimat hazırlamaq və həyata keçirmək.
İş şəraiti:
İş qrafiki: həftə içi 5 gün
İş yeri:
Bakı (Baş ofis)
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Email-in mövzu hissəsində “Marketinq üzrə Baş Mütəxəssis” qeyd etməyiniz xahiş olunur.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]