AGRO – WEST DC LLC ticari marketoloq axtarır

Marketoloq


İşəgötürən: AGRO – WEST DC LLC

Vakansiya: Ticari Marketoloq

Son tarix: 07 aprel 2023

Namizədə olan tələblər:

-Təhsil ; Ali 

-Yaş; 25- 40

-Cins;Bəy

-Dil Bilikləri;Azərbaycan dili səlis,Rus dili üstünlükdür

-Kompüter bilikləri;MS Office ( excel əla səviyyədə)

-İş Təcrübəsi; Sahə üzrə min 1 il

-Avtomobil mütləq olmalıdır 

-Ezamiyyətə gedə bilməli

Tələb olunan fərdi və funksional keyfiyyət meyarları:

-Yüksək səviyyədə ünsiyyət və təqdimat bacarığı

-Liderlik bacarıqları ilə yanaşı strategiya qurmaq bacarığı

-Komanda işi

-Vaxtın idarə edilməsi 

-Analtik düşüncə

-Nəticəyönümlülük

Vəzifə Öhdəlikləri:

-Bazar araşdırması,rəqib fəaliyyəti ,bazar tendensiyasına və cavabdeh olduğu

-kateqoriyanın markaları üzrə müvafiq məlumat bazası əldə etməklə təhlillər aparırır.Təhlillərə – markanın cari ay,il,rüb üzrə,həmçinin keçən illərə nisbətənsatış kanalları üzrə satış rəqəmləri,əhatə gerçəkləşməsi,organik və aksiyalı satışlar,satış kanallarına uyğun aksiya xərcləri,əldə olunmuş bazar payları və s. aiddir.

-Satış kanalları üzrə markanın satışını ,əhatə faizini,organik və aksiyalı satışı analiz edərək,aksiya xərcini müəyyən edir, xərcə uyğun hədəf satış və əhatə planı müəyyən edərək ticari marketinq aksiyalarını tərtib edir.Ticari Marketoloq aksiya üçün ayrılmış büdcəyə görə hədəf dövriyyəni təmin etməyə öhdəlik götürür.

-Aksiya xərcini satış kanallarına və hədəflənmiş bazar payına uyğun bölgünü təmin edir və Şöbə müdirinə təsdiqlədir.

-Aksiyaların effektivlik göstəricilərinə əsasən Şöbə müdirinə hesabat verir.

-Mövcud aksiyaları satış Komandasına izah edir,aksiyaların BM-lər və Regionlar üzrə tətbiqini təmin edir.

-Ticari Marketoloqlar satış kanalları ilə paralel Satış Nümayəndəsi,Satış nöqtəsi,Alıcı və son tükətici yönümlü aksiya-tədbirlər paketini hazırlayır.

-Ticari Marketinq Meneceri kateqoriyanın və ya markanın həyat tsiklinə uyğun fəaliyyət planın hazırlanmasında kateqoriya müdiri ilə birgə işləmək.

-Ticari Marketoloq çek-list qaydalarını təyin edir.

-Ticari Marketoloq şirkətə məxsus pos-materialların kəmiyyətini müəyyən edir, stendlər,rəf başı və s. üçün ödənilən məbləğlər qarşılığında hədəflənmiş satışı analiz edir,rentabelliyə uyğun gələcək üçün davamlılığı qərarını verir.

-Satış Nöqtələri daxilində stendlərin və sair reklam vasitələrinin (çöl reklamı,daxildə vurulan reklam lövhələri və s) yerləşdirilməsinə icazə verir.

-Aksiyaların effektivlik göstəricilərinə əsasən Şöbə müdirinə hesabat verir.

İş Şəraiti:

-İş qrafiki: Həftə içi 5 gün;

-İş saatı: 08:00 – 17:00;

-Əmək haqqı: Müsahbə əsasında təyin olunacaq;

-Ünvan: Bakıxanov qəs. B.Bünyadov küç

Maraqlanan Namizədlər CV formalarını mövzu yerinə “Ticari Marketoloq” yazaraq göndərə bilərlər.

CV-nin göndərilməsi üçün e-mail: [email protected]

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]