İri banka Marketinq kommunikasiyaları şöbəsinin rəhbəri tələb olunur
Marketoloq

İş elanın dərc edən: PAŞA Bank Vakansiya: Marketinq Kommunikasiyaları Şöbəsinin Rəhbəri Son tarix: 12 aprel 2023-cü il İşiniz nədən ibarətdir? - Çoxfunksiyalı marketing kommunikasiyaları qrupuna rəhbərlik etmək; komandanın fəaliyyətinə nəzarət etmək, hədəf və məqsədlərini təyin etmək, iş prosesini, iş yükünü və bölgüsünü tənzimləmək; - Şöbənin brendin idarəedilməsi, rəqəmsal marketing və marketing araşdırmaları sahələri üzrə fəaliyyətlərin əlaqələndirilməsi və koordinasiyası; - Bankın xarici və daxili müştərilərinə məhsul və xidmətlər haqqındakı məlumatların çatdırılması, müştəri ehtiyaclarının düzgün müəyyən edilməsi və qarşılanması məqsədilə marketing və kommunikasiya strategiyaların işlənib hazırlanması və həyata keçirilməsi; - Kampaniyaların səmərəliliyinin artırılması məqsədilə datanın təhlili; - Maksimal nəticə və investisiya effektivliyinin əldə edilməsi məqsədilə ənənəvi, rəqəmsal və analitik vasitələrinin istifadəsi barədə qərarların alınması; - Bankın brend metrikalarının yaxşılaşdırma strategiyaların hazırlanmasına və icrasına dəstək olması. Sizdən nə tələb olunur? - Təhsil: Marketinq, Iqtisadiyyat, Menecment və yaxud yaxın sahə üzrə ali təhsil - Təcrübə: Bank və ya maliyyə sektorunun marketinq, reklam və ya kommunikasiya sahəsində ən az 3 il rəhbər və ya liderlik təcrübəsi olmaqla 6 ildən çox təcrübə - Bazar bilikləri: Bank və maliyyə məhsulları və xidmətləri, o cümlədən tənzimləmə və komplayns tələbləri haqqında güclü anlayış - Profesyonal biliklər: - Sosial media, e-mail marketinqi və SEO/SEM daxil olmaqla rəqəmsal marketinq sahəsində təcrübə; - Məlumatların təhlili, müştəri seqmentasiyası və hədəfləmə sahəsində təcrübə ilə yanaşı güclü analitik bacarıqlar; - Daxili və xarici maraqlı tərəflərlə effektiv kommunikasiya qurma bacarığıı; - Brend təlimatlarının hazırlanması və tətbiqi üzrə təcrübə; - Birdən çox layihə və prioritetləri eyni vaxtda idarə etmək bacarığı ilə layihələrin idarəedilməsi sahəsində güclü bacarıqlar; - Kreativ və stratejik düşünmə qabiliyyəti, biznesin inkişafı və müştəri cəlbini təmin etmək üçün gərəkli olan effektiv marketinq kampaniyalarının və təşəbbüslərinin inkişaf etdirmə və həyata keçirmə bacarığı; - Rəqəmsal marketinq və analitik alətlərdən (Adobe, Google, Dataroid, Adjust və s.) aktiv istifadə təcrübəsi. - Xarici dil: Ingilis, Azərbaycan, Rus - Kompüter bilikləri: MS Office Vakansiya üçün buradan müraciət edə bilərsiniz.
Vakansiyalar
- 4 gün, 3 saat, 26 dəq
- 4 gün, 9 saat, 7 dəq
- 4 gün, 9 saat, 11 dəq
- 4 gün, 9 saat, 17 dəq
- 5 gün, 8 saat, 33 dəq