Tanınmış marketlər şəbəkəsinə “Təchizat şöbə müdiri” axtarılır

Araz Supermarketlər Şəbəkəsi “Təchizat şöbə müdiri” vakansiyası üzrə işə qəbul elan edir!
Vəzifə öhdəlikləri:
-Şirkətlə əlaqədar təchizat və satınalma fəaliyyətlərinin həyata keçirilməsi;
-Satınalma ilə bağlı fəaliyyətin planlaşdırılması, istiqamətləndirilməsi və nəzarətdə saxlanılması;
-Sifarişlərin vaxtlı-vaxtında təmini, icra və çatdırılmanın düzgün həyata keçirilməsi;
-Bazarın təhlili, tələb olunan malların daxili və xarici bazarda araşdırılması;
-Təchizatçılar/subpodratçılar ilə əlaqələrin qurulması və danışıqların aparılması;
Təchizatçı siyahısının və məlumat bazasının yaradılması, mütəmadi yenilənməsi;
-Tenderlərlə əlaqədar təkliflərin alınması və onların keçirilməsinin təşkil edilməsi;
-Tədarükçü şirkətlərdən qiymət təkliflərinin alınması, təkliflərin müqayisəli təhlilinin aparılması və optimal təklifin rəhbərliyə təqdim edilməsi;
-Əməliyyat xərclərinə qənaət etmək üçün ən yaxşı təchizat strategiyalarının planlaşdırılması və rəhbərliyə təqdim edilməsi;
-Mütəmadi olaraq rəhbərlik tərəfindən tələb edilən hesabatların hazırlanması.
Namizədə dair tələblər:
-Ali təhsil;
-Müvafiq sahə üzrə ən azı 5 illlik iş təcrübəsi;
-Azərbaycan dilində səlis bilik (rus dili və ingilis dil biliyi arzuolunan);
-MS Office bilikləri;
-Bazarı təhlil etmək bacarığı;
-Hesabatların tərtib edilməsi bilikləri;
-Komandada işləmək bacarığı;
-Yüksək səviyyədə şifahi və yazılı danışıqların aparılması bacarığı;
-Stressə davamlı, dürüst və analitik düşünmə bacarığı.
İş şəraiti:
-5 günlük iş rejimi;
-Tibbi sığorta;
-Nahar ilə təmin edilmə;
-Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
-Korporativ mobil nömrə.
Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “Təchizat şöbə müdiri” adını mövzu hissəsində qeyd etməklə CV formalarını [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
Vakansiyalar
- 1 ay, 3 həftə, 1 gün, 14 saat, 43 dəq
-
2 ay, 3 gün, 10 saat, 14 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır
- 2 ay, 1 həftə, 18 saat, 12 dəq
- 2 ay, 1 həftə, 4 gün, 18 saat, 2 dəq
- 2 ay, 1 həftə, 4 gün, 18 saat, 5 dəq