Supermarketə müdir və müdir müavini tələb olunur

Müdir

kingsmart


İşəgötürən: “Kings Mart” (Vest Produkt Marketinq MMC)

Vakansiya: Mağaza müdiri və müdir müavini

Müddət: 2022-04-28 – 2022-05-28

Şəhər: Bakı

Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən supermarketə Mağaza müdiri və mağaza müdir müavini tələb olunur.

İş barədə məlumat:

-Mağazanın sıravi və digər personalı (şöbə müdiri, satıcı, kassir, təmizlik və park xidməti;mühafizə xidməti və s.) üzərində operativ rəhbərliyi və idarəetməni həyata keçirmək;

-Personalın daxili nizam-intizam qaydalarına əməl etmələrinə nəzarət etmək;

-Cari tapşırıqları həll etmək, personalın öz vəzifə təlimatlarının və digər daxili normativ sənədlərin tələblərini dəqiq yerinə yetirmələrini təşkil etmək və nəzarət etmək;

Tələblər:

-Kompüter bilikləri: Ofis proqramları

-Təhsil: Ali

-Dil bilikləri: Azərbaycan dili səlis danışıq qabiliyyəti, rus dili

-Ünsiyyətçilik qabiliyyəti

-İşgüzar münasibət etikası

-Qeyd olunan sahədə əmək stajının olması mütləqdir.

-İşə planlı yanaşmaq bacarığı;

-İdarəçilik qabiliyyəti olan;

-Satış texnikaları üzrə biliklərə sahib olmalı

AR Əmək Məcəlləsinə əsasən sənədləşmə

Nahar şirkət tərəfindən təmin olunur.

İş saatı növbəlidir

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerinde “Mağaza müdiri” qeyd edərək CV-lərini [email protected] elektron ünvanına göndərmələri xahiş olunur.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]