“STP Şirkətlər Qrupu” inzibati funksiyalar üzrə rəhbər tələb olunur

Müdir

stp inzibati


STP Şirkətlər Qrupu İnzibati funksiyalar üzrə rəhbər vakansiyası elan edir.

Tələblər:
– Biznesin idarə edilməsi və ya müvafiq sahə üzə təhsil;
–  Minimum 5 il peşəkar idarəçilik təcrübəsi;
-Azərbaycan dilini mükəmməl bilmək; İngilis və Rus dilləri üstünlükdür;
– Microsoft Office proqramlarını peşəkar istifadəçi səviyyəsində bilməli;
-Biznes proseslərinin dəyişiklikləri ilə bağlı təcrübə;
-Qrup Dəyərlərinə Uyğunluq;
–  Məsuliyyətli, dürüst və güvənilir keyfiyyətlərə sahib olmaq;
–  Güclü özünüifadə və ünsiyyət bacarıqları.

Hansı işləri görəcəksiniz:

–  İnzibati xidmətləri, nəqliyyat vasitələri, mətbəx və təsərrüfat işləri, anbar, texniki xidmət, eləcə də Baş Ofis və STP Şirkətlər Qrupu üçün ortaq hesab edilən digər xidmətlər üzrə mövcud təcrübələrin tətbiqinə rəhbərlik etmək;
– Şirkətlər Qrupu üzrə İnzibati xidmətlərin fəaliyyətini və düzgün işləməsini təmin etmək;
-İnzibati işlərlə bağlı satınalma ehtiyaclarını müəyyən etmək və səmərəli satınalma üçün istinadların təmin edilməsində Satınalma bölməsinə dəstək;
-İnzibati xidmətlərin əhatə etdiyi müxtəlif funksiyalı komandaları idarə edilməsi. Rəhbərlik və onun komandası arasında düzgün ünsiyyətin təmin edilməsi;
– Baş Ofis və Qrup Şirkətləri daxilində hər hansı inzibati xidmət baxımından Rəhbərlik tərəfindən planlaşdırılmış və planlaşdırılmamış sorğuların icrasını həyata keçirmək;
– Bütün lazımi idarəetmə sənədlərinin (Siyasətlər, Prosedurlar və s.) hazırlanmasını təmin etmək;
– İnzibati xidmətlər üzrə büdcənin planlaşdırmaq, xərclərə qənaət edən təşəbbüslər təkliflər vermək və əlaqəli proseslərə rəhbərlik etmək;
– Struktur bölmənin fəaliyyətinə ümumi rəhbərliyin həyata keçirilməsi, İşçi heyətini idarə və motivasiya etmək, müvafiq potensiala nail olmaq üçün lazım olan dəstəyi, təlim və inkişafı təmin etmək.
Nə əldə edəcəksiniz?
 
-Regionun ən böyük sənaye şirkətlər qrupunda işləmək imkanı;
–  Təlim və inkişaf məsələlərində şirkətin tam dəstəyi;
Əlavə məlumatlar:
– Əmək haqqı şirkət daxili mövcud dərəcələndirmə sistemi çərçivəsində təyin edilir;
– Şirkət tərəfindən naharla, nəqliyyatla (servis) və tibbi sığorta ilə təmin edilmə;
– İş vaxtı: Bazar ertəsi – Cümə, 09:00 – 18:00;
-İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.
 
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “İnzibati funksiyalar üzrə rəhbər” yazaraq 12.12.2022 – ci il tarixinədək [email protected] ünvanına göndərilməsi xahiş olunur. 

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]