SR Construction sahə rəisi axtarır

İşəgötürən: SR Construction
Vakansiya: Sahə rəisi
Son tarix: 07 iyul 2022
Namizədə tələblər:
-Ali təhsil – Azərbaycan Memarlıq və İnşaat Universiteti, Sənayə və Mülki tikinti (PQS)
-Azərbaycan dili biliyi
-28-40 yaş həddi
-Qeyd olunan vakansiya üzrə ən azı 5 (beş) il iş təcrübəsi
-Kompüter bilikləri: (1 C 7.7/8.3 UPP), Autocad, MC Project(arzu olunandır), Excel (MÜTLƏQDİR)
-Analitik düşünmə qabiliyyətinə malik olmalı, diqqətli, gərginliyə davamlı
Vəzifələr:
-Tikinti sahəsində inşaat işlərinə, proseslərə və texniki xidmət işlərinə nəzarət edir;
-Layihənin iş proqramına uyğun olaraq öhdəliyə götürülmüş inşaat istehsalını vaxtında, nöqsansız və müəyyən olunmuş keyfiyyətə uyğun olaraq icra edir;
-Tikinti işlərinin plana və büdcəyə uyğun aparılmasına, kənarlaşmaların müvafiq qaydada sənədləşdirilməsi və əsaslandırılmasına nəzarət edir;
-Material, işçi və işçi heyəti, həmçinin podratçının ehtiyaclarını əvvəlcədən müəyyən edərək, Texniki ofis rəhbərinə bildirir və onlardan səmərəli istifadə olunmasını təmin edir;
-Obyektlərin inşası üçün Texniki şöbə tərəfindən tələb olunan texniki sənədləşmə işlərini təşkil edir;
-Göstərilən iş proqramına uyğun olaraq, təfsilatlı iş proqramı hazırlayır;
-Xərclər barədə məlumatları tam şəkildə müəyyən olunan formalarda saxlayır və Texniki ofis rəhbərinə göndərir;
-Tərtib edilmiş layihələri yoxlayaraq, tikinti işlərinə sürət və maliyyə baxımından təsir göstərəcək tövsiyələr hazırlayır;
-Ərazi, nümunələr, sınaq test metodları və istifadə edilən avadanlıqlar ilə bağlı olan təhlükələr və müəssisənin əməyin təhlükəsizliyi prosedurlarını müəyyən edir;
-Ərazinin yerini, çıxış imkanlarını, vaxt qrafikini tələblərini müəyyən edir;
-Problemləri aradan qaldırır, dəyişiklikləri planlaşdırır və idarə edir;
-Görülmüş işlərin uçotunu aparır, günlük, aylıq, rüblük, illik statistik hesabatları hazırlayır;
-Sifarişçilərin tamamlanmış tikinti obyektləri üzrə komplekslərin və ayrı-ayrı hissələrin təhvil verilməsinə rəhbərlik edir;
Bilməlidir:
-Tikinti sahəsində qabaqcıl təcrübə və müasir metodlardan istifadə etmək
-Tikinti işlərinin aparılmasına dair metodik və normativ sənədləri, həmçinin tikinti istehsalının texnologiya və təşkilini, sahədə işin aparılması prinsiplərini
-Sahədə və ya obyektdə istehsal təsərrüfat fəaliyyətini müəyyən edən metodiki, normativ və başqa göstərici materiallarını
-Tikinti istehsalatının təşkili və texnologiyasını, tikilməli obyektlərin layihə-smeta sənədlərini, tikinti norma və qaydalarını
-Tikinti quraşdırma işlərinin aparılması və qəbuluna qoyulan texniki şərtləri
-Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğın əleyhinə mühafizənin norma və qaydalarını.
Yuxarıda göstərilən tələblərə cavab verən namizədlər CV-ni [email protected] elektron ünvana təqdim edə bilərlər.
Vakansiyalar
- 20 saat, 49 dəq
- 21 saat, 35 dəq
- 22 saat, 13 dəq
- 23 saat
- 23 saat, 1 dəq