SOCAR-da yeni vakansiya
SOCAR-ın Baş ofisinin İnvestisiya Analizi və Tranzaksiyalar Departamentində Tranzaksiyaların icrası şöbəsində “Şöbə rəisi” vakansiyası aktivdir.
Vəzifə öhdəlikləri:
– Şöbə üzrə peşəkar komandanın formalaşdırılması və şöbənin ümumi fəaliyyətin təşkili;
– Birləşmə və satınalma (M&A) layihələrinin ilkin və detallı dəyərləndirilməsinə rəhbərlik edilməsi, səmərəlilik üzrə rəy və nəticələrin təqdim edilməsi;
– Hədəf müəssisələr üzrə “due diligence” prosesinin təşkili və nəticələrin təqdim edilməsi;
– Aktivlərin kənarlaşması, müştərək müəssisələrin qurulması ilə bağlı uyğun partnyor müəssisə və investorların müəyyən edilməsi;
– Səhm alışı/satışı sazişlərinin (share sale/purchase agreement) kommersiya aspektlərinin hazırlanması və qarşı tərəflə müzakirələrin edilməsi.
Tələblər:
– Ali təhsil (Biznes, İqtisadiyyat və Maliyyə sahələri üzrə);
– Rəhbər vəzifələrdə minimum 2 il iş təcrübəsi;
– İnvestisiya təhlili sahəsi üzrə 5 il iş təcrübəsi;
– İnvestisiya modelləşməsi və tranzaksiyaların icrası üzrə biliklər və iş təcrübəsi;
– Məsuliyyət, təşəbbüskarlıq və analitik təhlil qabiliyyəti;
– Azərbaycan və ingilis dilləri bilikləri;
– Neft və qaz sektoru üzrə iş təcrübəsi və ACCA, CIMA, CFA sertifikatları üstünlükdür.
SOCAR əməkdaşı olmağın üstünlükləri:
– Peşəkar iş mühiti;
– Rəqabətə davamlı əmək haqqı;
– Əməkdaşların davamlı peşəkar inkişafı;
– Şirkət hesabına xaricdə təhsil imkanı (Xarici Təqaüd Proqramı);
– Tibbi sığorta və inzibati binada fitnes zalı;
– Nahar təminatı və nəqliyyat xidməti.
Əmək haqqı namizədin göstəriciləri və nümayiş etdirdiyi səriştəliklər əsasında müəyyən olunacaqdır.
Peşəkar karyerasını SOCAR-da davam etdirmək istəyən namizədlər vakansiyaya müraciət etmək üçün linkə daxil ola bilərlər
Vakansiyalar
-
2 gün, 7 saat, 23 dəq
The Complexities of Immediate Payment Casinos: A Comprehensive Guide
-
4 gün, 6 saat, 15 dəq
Sign Up Benefits at Online Gambling Establishments: A Comprehensive Overview
- 4 gün, 6 saat, 49 dəq
- 5 gün, 55 dəq
- 5 gün, 20 saat, 9 dəq