Şirkətə texnoloq tələb olunur
İşəgötürən: Corn Processing Company
Vakansiya: Texnoloq (qida sənayesi)
Son tarix: 12 may 2022
İş yeri: Oğuz, Oğuz Qarğıdalı Emalı Məhsulları Kompleksi
İş vaxtı: I – V günlər 09:00 – 18:00
Əmək haqqı: 1500-2000 arası
Tabeçilik: Rəhbərlik.
İşin təsviri:
-İstehsalat prosesi zamanı rəhbərlik tərəfindən razılaşdırılmış texnoloji prosesin düzgün idarə olunması və bu texnoloji prosesdən kənarlaşma hallarının olmaması üçün prosesə nəzarət etmək;
-İşçilərin istehsal prosesini daha da dərindən öyrənməsi üçün onlarla qarşılıqlı dialoqlarda iştirak etmək;
-İstehsalat dayanmalarını analiz etmək, boş dayanmaların, məhsulun keyfiyyətini aşağı salan faktorların araşdırılması və aradan qaldırılmasında yaxından iştirak etmək;
-İstehsalatda istifadə olunan xammal və materialların düzgün təyin olunmuş norma daxilində istifadə edilməsinə nəzarət etmək;
-İstehsalatın planlaşdırılması, vaxt normalarının yaxşılaşdırılması, iş yerinin attestasiyası və müasirləşdirilməsində əmək məhsuldarlığının yüksəldilməsi;
-Eyni məhsul istehsalçılarının qabaqcıl təcrübələrindən istifadə edərək yeni metodların işlənilməsini təmin etmək;
-Məhsulun təhlükəsizliyi və keyfiyyətinə təsir edən təhlükəli faktorları araşdırmaq və aradan qaldırılmasında iştirak etmək;
-Qəza vəziyyətləri zamanı görüləcək tədbirlər planını müəyyən etmək və onlara əməl olunmasına nəzarət etmək;
-İstehsalat sexinin və avadanlıqlarının düzgün yuyulmasına, yuyucu və dezinfeksiya edici vasitələrin normaya uyğun olaraq istifadə edilməsinə nəzarət etmək;
-İş alətləri və avadanlıqlardan, iş geyimləri və Fərdi Mühafizə Vasitələrindən səliqəli və düzgün istifadə edilməsinə nəzarət etmək;
-İstehsal dayandıqda, iş rejimi pozulduqda, keyfiyyətsiz məhsul istehsal edildikdə, texniki təhlükəsizlik qaydaları və istehsalatda sanitariya normaları pozulduqda dərhal tabe olduğu rəhbərini məlumatlandırmaq;
Namizədə dair tələblər:
-Ali texniki təhsil (qida məhsullarının emalı və s.);
-Sahə üzrə minimum 1 il 3 il iş təcrübəsi;
-MS Office proqramları üzrə bilik;
-Azərbaycan dilində səliş danışıq (Rus və İngilis dili bilən namizədlər arzuolunandır);
Göstərilən tələblərə cavab verən namizədlər öz CV – lərini göndərə bilərlər. (CV göndərərkən məktubun “Mövzu” (“Subject”, “Тема”) qismində vakansiyanın adını mütləq qeyd edin)
CV-nin göndərilməsi üçün e-mail: [email protected]
Vakansiyalar
-
1 gün, 23 saat, 13 dəq
Discovering the Globe of VIP Online Casinos: An Exclusive Experience
-
2 gün, 9 dəq
Erkunden der Welt neuer Online-Glücksspielunternehmen: Ein umfassender Leitfaden
- 3 gün, 20 saat, 51 dəq
- 3 gün, 20 saat, 54 dəq
- 3 gün, 21 saat, 30 dəq