Şirkətə sürücü-ekspeditor tələb olunur

İşəgötürən – İmauto Parts
Vəzifə – Qaynar satış üzrə sürücü-ekspeditor
Vəzifə öhdəlikləri:
-Şirkət tərəfindən təyin edilən aylıq satış hədəfini yerinə yetirmək.
-Şirkətə yeni müştərilərin cəlb edilməsi və müştəri bazasının artırılması istiqamətində mütəmadi olaraq müştərilərlə gündəlik görüşlərin keçirilməsi, müştərinin şirkətin fəaliyyəti və məhsulları barədə yaxından məlumatlandırılmasına nəzarət edilməsi
-Təyin edilmiş marşrut əsasında satış nöqtələrini(yağlama mərkəzləri və pərakəndə satış nöqtələri) ziyarət və təftiş etmək,tələb olanan mallar ilə yerində təmin etmək, maşında olmayan mallar üçün sifarişi qəbul etmək, gündəlik hərəkət marşrutu üzrə olan ticarət nöqtələri haqıında zəruru məlumatları toplamaq, yeni müştəriləri qeydiyyata almaq, müştərilərin istək və şikayətlərini dinləyərək problemin həlli yolunda tədbirlər planı hazırlamaq,bazarın tələbatının araşdırılması,rəqiblərin qiymətlərinin araşdırılması,əldə edilmiş məlumatlar və satış amplitudası əsasında istehsalçıya yönləndiriləcək sifarişin formalaşdırılması üçün siyahını tərtib edərək rəhbərliyə təqdim etmək.
-Bazarda məhsulların hərəkətini yoxlamaq, lazım olduğu hallarda tədbirlər planı təklif etmək.
-Ərazi sərhədləri daxilində satış və dağıtım fəaliyyətlərinə nəzarət edib və əlaqələndiricilik funksiyasını həyata keçirmək.
-Həftədə 1 dəfə 2 günlük rayonlara ezamiyyətə getmək.
-Gündəlik olaraq satış nəticələrini rəhbərə təqdim etmək.
Tələblər və bacarıqlar:
-Satışın təməl prinsipərini bilməlidir.
-Mühərrik yağları haqqında minimum biliklərə sahib olmalıdır.
-“Windows” ƏS, MS office (Excel, Word, Outlook və s.)
-Müvafiq hesabatların hazırlanması, öhdəliklərin zamanında yerinə yetirilməsi
-Stressə davamlı olmalıdır.
-Kollektivdə işləmək bacarığı,
-Üzərində işləyib təkmilləşdirmə bacarığı
Xüsusi tələblər:
-Yaş – 25-45 arası
-Cinsi – kişi
-Ezamiyyətə gedə bilməli
-Ali və ya orta təhsil
-Sürücülük vəsiqəsi B,C kateqoriyası
-Minimum 1 ilə qədər satış təcrübəsi
Əmək haqqı: 600AZN + bonus
Maraq göstərən şəxslər öz tərcümeyi-hallarını (CV) “mövzu” yerinə “Qaynar satış üzrə sürücü-ekspeditor” sözünü qeyd etməklə elektron [email protected] poçtuna göndərə bilərlər.
Şirkət haqqında
Şirkətimiz nəqliyyat vasitələri üçün ehtiyat hissələrinin və sərfiyyat mallarının xaricdən idxalı və ölkə ərazisində satışı ilə məşğuldur. İmauto Parts MMC “Olympia oils” sürtgü materialları istehsalçısının, “Superway”, “RoadX” , “Gladstone” şin brendlərinin ölkəmizdəki rəsmi nümayəndəsi olmaqla yanaşı, dünyanın bir sıra aparıcı yük avtomobili və kənd təsərrüfatı nəqliyyat vasitələrinin ehtiyat hissə istehsalçılarl ilə də əməkdaşlıq edir.
Vakansiyalar
- 2 gün, 11 saat, 2 dəq
- 2 gün, 11 saat, 5 dəq
- 3 gün, 4 saat, 20 dəq
- 3 gün, 5 saat, 2 dəq
- 3 gün, 5 saat, 4 dəq