Şirkətə “Satış müdiri” tələb olunur
“Buta Group” a aşağıdakı şərtlər üzrə “SATIŞ MÜDİRİ” tələb olunur.
Vəzifə öhdəlikləri
– Satış strategiyasının hazırlanması və icrasına birbaşa nəzarət edir;
-Müştəri bazasını təkmilləşdirir və yeni məhsulları təbliğ edir;
-Qiymət siyasətinin formalaşdırılması, satışın təhlili və sənədlərin idarə edilməsini icra edir;
– Bölgə rəhbərləri və satış təmsilçilərinin aylıq hədəflərini təyin edərək bu barədə məlumatlandırmanı həyata keçirir və mütəmadi olaraq hədəflərin yerinə yetirilmə hərəkətini izləyir;
– Görülən işlərin ərazidə yoxlanılmasına günlük və ya həftəlik olaraq nəzarət edir,mütəmadi ezamiyyəyə gedir;
– Gündəlik olaraq xüsusi tapşırıqların hesabatına nəzarət edir;
– Potensial müştərilər ilə əlaqə qurur və görüşlər keçirir və digər satış təmsilçiləri və bölgə rəhbərlərinin bu sahədəki işlərinə nəzarət edir;
– Rəqib şirkətlər və onların satdıqları məhsullar haqqında məlumatlı olur və rəhbərlik etdiyi digər satış təmsilçiləri ilə bu barədə müzakirələr aparır;
– Yeni məhsullar, onların xassələri, digər məhsullardan fərqli cəhətləri barədə şirkət tərəfindən təşkil olunmuş seminar və təlimlərdə satış heyətinin mütamadi iştirakını təmin edir;
– Bazar araşdırmalarının aparır, yeni təkliflər verir;
– Hər ayın əvvəli keçən ayın satış hesabatlarını direktora təqdim edir.
Təhsil və iş təcrübəsi
– Ali təhsil (Menecment, Marketinq, Aqronomluq sahəsinə üstünlük verilir);
– Azərbaycan dilində səlis danışıq, rus dili arzuolunandır;
– Satış sahəsində 5 il (kənd təsərrüfatı profili üzrə) və rəhbər vəzifədə minimum 2 il iş təcrübəsi;
Bacarıq və səriştələr
– Təşkilatçılıq, idarəçilik bacarığı
– Güclü ünsiyyət, idarəetmə, analitik düşünmə və problemləri həll etmə bacarığı;
– Biznes planlaşdırma, təhlil və hesabat hazırlaya bilmə bacarığı
– Komanda idarəetmə bacarığı;
– Ms. Office proqramları
Təminatlar
– Telefon limiti
– Nəqliyyat xərcləri
Bilməlidir
– Satışın qaydaları, əsasları və strukturu barədə biliklər;
Vakansiya haqqında
– İş yeri: Bakı, Nəsimi rayonu, Rəşid Behbudov 71
– İş saatı : Həftədə 5 gün həftəlik 40 saat olmaqla
– İşə başlama tarixi: Təcili
– Əmək haqqı: Müsahibə əsasında təyin olunacaq
Müraciət qaydası
Zəhmət olmasa CV-lərinizi başlıq yerinə “Satış müdiri” qeyd edərək [email protected] e-mail adresinə göndərin.
“Buta Group” həm qida istehsalı ilə həm də tikinti və daşınmaz əmlakın inkişafı ilə məşğuldur
Vakansiyalar
-
1 gün, 21 saat, 46 dəq
Sign Up Benefits at Online Gambling Establishments: A Comprehensive Overview
- 1 gün, 22 saat, 20 dəq
- 2 gün, 16 saat, 26 dəq
- 3 gün, 11 saat, 40 dəq
- 4 gün, 3 saat, 25 dəq