Şirkətə “İcraçı Direktor” tələb olunur

Direktor/Sədr



 İş Yeri: AgroTrade Supply MMC
 Vəzifə – İcraçı Direktor vakansiyası
Tələblər:
-Təhsil səviyyəsi: Magistr (MBA olması üstünlükdür)
-İş təcrübəsi: Rəhbər vəzifədə 7 il, ümumi iş təcrübəsi 10 il
-Dil bilikləri: Azərbaycan dili (əla), İngilis dili (yaxşı), Rus dili (yaxşı)

Vəzifədən gözləntilər:            
1. Şirkətin strategiyasının hazırlanmasına və həyata keçirilməsinə rəhbərlik etmək
2. Şirkətin maliyyə dayanıqlığının təmin edilməsi, strategiyasının hazırlanması və icrasına rəhbərlik etmək
3. Şirkətin rəqabətə dayanıqlı satış, marketinq strategiyasının formalaşması və icrasına rəhbərlik etmək
4. Şirkətin biznes və əməliyyat yönümlü fəaliyyətinin şirkət strategiyası, hədəflərinə uyğun icrasına nəzarət etmək
5. Böhran və risk idarəetmə mexanizmlərinin qurulmasına rəhbərlik etmək
6. Dəyərlərlə idarəetmə yanaşmasında nümunəvi rəhbərliyin qurulması prosesini idarə etmək
7.  İnsan resurslarının strateji idarəedilməsi mexanizmlərinin yaradılmasına dəstək olmaq və onların düzgün tətbiqi üzrə hesabatlılıq sisteminin qurulmasına rəhbərlik etmək
8. İstehsalın səmərəliliyinin, keyfiyyətinin artırılması proseslərinə rəhbərlik etmək
9. Vergi, büdcə, hesabat və audit daxil olmaqla şirkətin maliyyə fəaliyyətinə nəzarət etmək
10. İdarə Heyəti üçün dövri hesabatlar hazırlamaq və təqdim etmək
 
Vəzifə üzrə səriştələr:
-Strateji yanaşma
-Dəyişikliyin idarə edilməsi
-Münaqişənin idarəedilməsi
-Müştərək rəhbərlik
– Liderlik
-Problemləri həll etmə
– Təsiretmə bacarığı
-Vaxtın idarə edilməsi
– Böhran və risk idarəetməsi
– Təşkilati inkişaf mexanizmlərini bilmək

İş Şərtləri
-Əmək haqqı: Razılaşmaya uyğun olaraq
-İş rejimi: 5 gün (həftəiçi)
-Yemək: Var
Maraqlananların emaildə “İcraçı Direktor” yazaraq CV-lərini  [email protected]  ünvanına göndərməyi xahiş olunur.
Müraciət üçün son tarix: 15.11.2022

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]