Şirkətə “Elektromexanik” tələb olunur

Texnik


İşəgötürən – Facility Management Group

Vəzifə – Elektromexanik (Şamaxı,Qəbələ)

İşin təsnifatı:

– Təmir, profilaktik baxım və cari texniki işlərin görülməsi və digər şöbələrlə koordinasiyası;

– 1C proqramı vasitəsi ilə sifarişlərin verilməsi və icrasına nəzarət;

– Texniki heyətin iş cədvəllərinin tərtibi və nəzarəti;

-Təhkim olunduğu binalarda bütün texniki xidmətə aid sənədləri tələb olunan qaydada tərtib etmək;

– Mütəmadi olaraq texniki xidmət üçün tələb olunan mal və materialların siyahısını hazırlamaq;

– Binalarda istifadə olunan su, elektrik və qaz sərfiyyatına nəzarət etmək;

– Texniki heyətin davamiyyəti və nizam-intizamına daimi nəzarət etmək;

-Texniki heyətə SƏTƏMM və başqa tələb edilən təlimləri keçib müvafiq sənədləri hazırlamaq;

– Bütün avadanlıqlara baxım və nəzarət (generator, çiller, havalandırma sistemi, suvarma və suartma

sistemləri, yanğınxəbərverici sistemləri, AHU və s.);

– Yuxarıda qeyd olunan sistemlərin cari təmir işləri;

– Tələb olunan bütün sənədləşmələrin düzgün hazırlanması və səliqəli şəkildə qovluqlara yığılmasına

nəzarət etmək;

-Minimum anbar ehtiyatının təmin edilməsi və hesabatın hazırlanması;

– Yeni əmlakların və avadanlıqların təhvil –təslimi prosesində iştirak edilməsi;

Tələblər

– Müvafiq və oxşar sahə üzrə təhsil və biliklər;

– Müvafiq sahə üzrə minimum 5 il iş təcrübəsi;

– Təhlükəsiz iş yerinin yaradılması və iş prosedurları üzrə əsas biliklər;

– Microsoft Word, Excel, 1C proqramlarını bilməli;

– Səliqəli, nizam-intizamlı və məsuliyyətli;

Qeyd: Şamaxı,Qəbələ, həmçinin yaxın şəhər və rayonlardan olan namizədlərə üstünlük veriləcəkdir.

Xahiş olur CV-lərinizi Elektromexanik başlığı altında [email protected] e-mail ünvanına yollayasınız.

Müraciət etmək üçün 051 225 49 94 əlaqə nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]