Şirkət Mühafizə rəisi axtarışındadır
İşəgötürən: Elmanado MMC
Vakansiya: Mühafizə rəisi
Müddət: 2022-04-30 – 2022-05-10
Tələblər:
• Cins: kişi
• Boy 180-dən yuxarı olmalı
• Hərbi bilet mütləqdir
• Dil biliyi: Azərbaycan, Rus dili arzuolunandır
• İş təcrübəsi: Təhlükəsizlik xidmətinə rəhbərlik sahəsində ən azə 3 il iş təcrübəsi
• SƏTƏM və ya əməyin təhlükəsizliyi üzrə iş təcrübəsinin olması
• İdarəçilik bacarığı
• Güclü ünsiyyət və danışıq qabiliyyəti
• Stress altında işləməyi və stres vəziyyətlərdə qərar qəbul etməyi bacarığı
• Baş verən hadisələrdə zamanında çevik və doğru qərar vermək bacarığı
İş barədə məlumat:
• Xammalın, materıalın, avadanlığın və məhsulun müəssisəyə giriş-çıxışı zamanı sənədlərini yoxlamalı və imzaladığı hər sənədə şəxsən və şərtsiz məsuliyyət daşıyır
• Şirkətdə istehsal olunan məhsullar qorunmalı, habelə kommersiya sirrinin qorunması naminə vaxtaşırı tədbirlər keçirilməlidir
• Müəssisədə və istehsal sahələrində reydlər kecirməli və həmin yerlərin mühafizəsini təmin edə biləcək tədbirlərin görulməsi barədə təkliflər verməlidir
• Tabeliyində olan əməkdaşlar arasında müvafiq vəzifə təlimatlarına uyğun olaraq iş bölgüsünü aparmalıdır
• Təhlükəsizlik əməkdaşlarıın gün ərzində xidməti geyimlərini, şəxsi gigiyenasını yoxlamalıdır
• Müəssisənin mülkiyyətində və istifadəsində olan ərazinin, daşınar və daşınmaz əmlakın, habelə əməkdaşlarının nəzarətini təşkil etməlidir
• Müəssisəyə buraxılış sisteminin təşkilinə və ona riayət olunmasına nəzarət etməlidir
• Öz səlahiyyətləri daxilində rəhbərlik tərəfindən verilən digər göstərişlərin icra olunmasının təmin edilməsi
İş şəraiti:
• İş qrafiki : Həftənin 6 günü, 1 gün istirahət
• Əmək haqqı: 800-1000 AZN
• Qanunvericiliyə uyğun olaraq əmək müqaviləsi bağlanılır
• İş yeri: Bakı şəhəri, Sabunçu rayonu Zabrat 2 dairəsinin yaxınlığında yerləşən ELMANADO Ayaqqabı Fabrikası
CV-ləri “Mühafizə rəisi” başlığı ilə [email protected] ünvanına göndərin (məktubun mövzu bölməsində vakansiyanın adını qeyd etmək mütləqdir)
Vakansiyalar
-
1 gün, 15 saat, 34 dəq
The Complexities of Immediate Payment Casinos: A Comprehensive Guide
-
3 gün, 14 saat, 26 dəq
Sign Up Benefits at Online Gambling Establishments: A Comprehensive Overview
- 3 gün, 15 saat
- 4 gün, 9 saat, 6 dəq
- 5 gün, 4 saat, 20 dəq