Şirkətə Mühafizə rəisi tələb olunur

Mühafizəçi


İşəgötürən: Elmanado MMC
Müddət: 2022-02-07 – 2022-03-07
Şəhər:Bakı

Vəzifə öhdəlikləri:

  • Xammalın, materıalın, avadanlığın və məhsulun müəssisəyə giriş-çıxışı zamanı sənədlərini yoxlamalı və imzaladığı hər sənədə şəxsən və şərtsiz məsuliyyət daşıyır,
  • Şirkətdə istehsal olunan məhsullar qorunmalı, habelə kommersiya sirrinin qorunması naminə vaxtaşırı tədbirlər keçirilməlidir
  • Müəssisədə və istehsal sahələrində reydlər kecirməli və həmin yerlərin mühafizəsini təmin edə biləcək tədbirlərin görulməsi barədə təkliflər verməlidir
  • Tabeliyində olan əməkdaşlar arasında müvafiq vəzifə təlimatlarına uyğun olaraq iş bölgüsünü aparmalıdır
  • Təhlükəsizlik əməkdaşlarıın gün ərzində xidməti geyimlərini, şəxsi gigiyenasını yoxlamalıdır
  • Müəssisənin mülkiyyətində və istifadəsində olan ərazinin, daşınar və daşınmaz əmlakın, habelə əməkdaşlarının nəzarətini təşkil etməlidir
  • Müəssisəyə buraxılış sisteminin təşkilinə və ona riayət olunmasına nəzarət etməlidir
  • Öz səlahiyyətləri daxilində rəhbərlik tərəfindən verilən digər göstərişlərin icra olunmasının təmin edilməsi

Tələblər:

  • İdarəçilik bacarığı
  • Güclü ünsiyyət və danışıq qabiliyyəti
  • Stress altında işləməyi və stres vəziyyətlərdə qərar qəbul etməyi bacarığı
  • Baş verən hadisələrdə zamanında çevik və doğru qərar vermək bacarığı

Cins: kişi

  • Boy 180-dən yuxarı olmalı
  • Hərbi bilet mütləqdir

Dil biliyi: Azərbaycan, Rus dili arzuolunandır

İş təcrübəsi: Təhlükəsizlik xidmətinə rəhbərlik sahəsində ən azə 3 il iş təcrübəsi
İş qrafiki : Həftənin 6 günü, 1 gün istirahət

Əmək haqqı: 800 AZN

Qanunvericiliyə uyğun olaraq əmək müqaviləsi bağlanılır

İş yeri: Bakı şəhəri, Sabunçu rayonu Zabrat 2 dairəsinin yaxınlığı

CV-ləri “Mühafizə rəisi” başlığı ilə [email protected] ünvanına göndərin (məktubun mövzu bölməsində vakansiyanın adını qeyd etmək mütləqdir)

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]