İnvestel Group mühafizəçi axtarır

İşəgötürən: İnvestel Group
Vakansiya: Mühafizəçi
Son tarix: 04 iyun 2023
Abşeron rayonu, Hökməli qəsəbəsində Atyalında yerləşən şirkətə mühafizəçi axtarılır.
-Zavoda daxil olan və çıxan malların qeyd olunması üçün, inventar üçün, açarların təhvil təslimi üçün və işçilərdən kənar şəxslər gəldikdə jurnalda qeyd aparılmalıdır
-Zavodda işçilərin tabelə təyin oldunduğu vaxtdan giriş çıxış saatlarının düzgün şəkildə qeyd olunmasına nəzarət etməlidir
-Mühafizə fəaliyyətini icra edən zaman ayıq-sayıq olmalı və fasilələrə yol verməməlidir
-Mühafizə olunan obyektə gətirilən və ya obyektdən çıxarılan məhsul, material, əmlak və xammala dair müvafiq sənədləri tələb etməli, yoxlamalı və təsdiq etməlidir
-Müəssisəyə məxsus olan əmtəə-maddi dəyərlərin oğurlanması haqqında məlumatların mövcudluğu zamanı dərhal mühafizə rəisinə bildirməli və müəssisə rəhbərliyinin göstərişlərinə uyğun olaraq müvafiq icra orqanlarına xəbər verməlidir.
Tələblər:
-İş təcrübəsi: 1 ildən 3 ilə qədər(Mütləq qeyd olunan vəzifədə).
-Yaş : 25 – 45.
-Cins : Kişi.
-Xarici görünüşü səliqəli və işdə intizamlı olmalıdır.
Maaş- 500 manat.
Qanunvericiliyə uyğun olaraq əmək müqaviləsi bağlanılır.
İş yeri: Bakı şəhəri, Abşeron rayonu Hökməli.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini göndərilməsi xahiş olunur.
CV-nin göndərilməsi üçün e-mail: [email protected]
Vakansiyalar
- 2 gün, 5 saat, 35 dəq
- 2 gün, 5 saat, 38 dəq
- 2 gün, 22 saat, 53 dəq
- 2 gün, 23 saat, 35 dəq
- 2 gün, 23 saat, 37 dəq