Klinikaya mühafizəçi tələb olunur

İşəgötürən: Sağlam Ailə
Müddət: 2022-01-22 – 2022-02-21
Şəhər: Bakı
Sağlam Ailə Tibb Mərkəzi Mühafizəçi vəzifəsinə işə qəbul elan edir.
Vəzifə öhdəlikləri:
• Binanın daxildən və xaricdən qorunmasını təmin edilməsinə;
• Video-nəzarət kameralarının köməyi ilə daimi müşahidəni təşkil edilməsinə;
• Müəyyən olunmuş buraxılış rejminə nəzarətinə;
• Şübhəli şəxs və ya əşya gördükdə xidməti tədbir görülməsi və birbaşa rəhbərinə hesabatın verilməsinə;
• Rəhbərliklə razılaşdırılmış şəkildə polis orqanlarını məlumatlandırmasına;
• Fəaliyyəti üzrə rəhbərliyin əmr, sərəncam və tapşırıqlarının, normativ-hüquqi aktların tələblərinin vaxtında və müvafiq qaydada yerinə yetirilməsinə məsuliyyət daşıyır.
Tələblər:
• Sahə üzrə minimum 1 il iş tərcrübəsi;
• Azərbaycan dilini mükəmməl səviyyədə bilməli (rus dilini bilənlərə üstünlük verilir);
• Mühafizə xidmətinin təşkili sahəsində bacarıqlar;
• Ünsiyyət yaratmaq, dinləmək və müşahidə etmək qabiliyyətinə malik olmalı;
• Stress altında işləmə və qərarvermə səriştəsinə sahib;
Şərtlər:
AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
Özü və ailəsinə tibbi xidmətlərdən istifadəyə güzəştlər;
Əmək haqqı müsahibə əsasında razılaşdırılır;
Göstərilən tələblərə cavab verən namizədlər CV-lərini “Gözətçi” başlığı altında [email protected] elektron ünvanına göndərə bilər.
Qeyd: İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Vakansiyalar
- 1 ay, 2 həftə, 2 gün, 1 saat, 12 dəq
-
1 ay, 3 həftə, 6 gün, 20 saat, 43 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır
- 2 ay, 1 gün, 4 saat, 41 dəq
- 2 ay, 5 gün, 4 saat, 31 dəq
- 2 ay, 5 gün, 4 saat, 34 dəq