Supermarketlər şəbəkəsi işçilər qəbul edir – “Karyera günü”

Qəssab

karyera gunu


“Bazarstore” supermarketlər şəbəkəsi işçi qəbulunu elan edir. Mayın 19-da Gənclik metrosunun yaxınlığında yerləşən mağazada “Karyera günü” keçiriləcəkdir.

“Karyera günü” çərçivəsində aşağıda qeyd olunan vakansiyalar üzrə müraciət edən namizədlərlə şirkətin İnsan Resursları Departamentinin nümayəndələri arasında birəbir görüş baş tutacaq.

  • Satıcı
  • Kassir
  • Qəssab
  • Mühafizə

Həmçinin qeyd etmək istəyirik ki, iş üçün müraciətlərinizi hər zaman istənilən mağazamızda yaza və ya https://bazarstore.az/content/9-karyera linkinə daxil olaraq edə bilərsiniz.

Tələbələr üçün iş imkanı

Tələbələr üçün də şad xəbərimiz var. Əgər təhsilinizlə yanaşı çalışmaq da istəyirsinizsə bizə müraciət edə bilərsiniz. Dərs saatları iş qrafikinə uyğun olan tələbələri aramızda görməkdən məmnun olarıq.

Qeyd edək ki, 2011-ci ildə “Azərsun Holdinq”in tərkibində yaradılan “Bazarstore” davamlı olaraq təzəlik, keyfiyyət, münasib qiymət, çeşidlilik və xidmətindən güzəştə getməyərək 87 mağazası və 4000-ə yaxın çalışanı ilə xidmət göstərir.

Əlaqə: 012 404 19 70-75, *1900

19.05.2023-cü il tarixində, saat 11:00 – 16:00

Fətəli Xan Xoyski pr 830, “Gənclik” metrosunun çıxışı

Gənclik karyera gunu 19.05

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]