Şirkətə marketinq üzrə mütəxəssis tələb olunur
İşəgötürən: AMO Group
Vakansiya: Marketinq üzrə mütəxəssis
Son tarix: 29 aprel 2022
Vəzifə öhdəlikləri:
-Şirkətin strategiyası çərçivəsində, bazar şərtləri və müştəri ehtiyacları yönündə yeni məhsul və xidmət modellərinin inkişaf etdirilməsini təmin edir;
-İstifadə olunan saytların effektivliyini təhlil edir;
-Mütəmadi olaraq reklam materiallarının yerləşdirilməsi üçün tematik sahələrin seçimini aparır;
-Satış məqsədləri üçün PR və reklam mətni hazırlayır;
-Şirkətin bazarda təqdim etdiyi bütün növ cari və yeni maliyyə məhsul və xidmətlərinin reklamını təşkil edir;
-İnternetdə bazara çıxarılan məhsulun irəli getməsini təhlil edir və bunun üçün təkliflər hazirlayır
-Xarici satış kanallarını (İnternet, SMS, Mobil, web portallar və s.) müəyyən edərək, habelə strategiya və inkişaf planı layihələrini hazırlayaraq icra edir, onlara nəzarət və təhlilini aparır.
-Şirkətin sosial şəbəkələrini, web saytını nəzarətdə saxlamalı
-Şirkətin brendbukuna nəzarət etməli
-Şirkətdə Marketinq planının hazırlanması təmin etməli
-Rəhbərlik tərəfindən təyin edilmiş digər tapşırıqların icrasını yerinə yetirir
Tələblər:
-Ali təhsil (marketinq və ya biznes idarəçiliyi üzrə)
-Müvafiq sahədə ən azı 3-5 illik iş təcrübəsi olmalı
-Marketinqin əsas prinsiplərini yaxşı bilmək;
-SMM, PR və Reklam sahələrində geniş təcrübəyə malik olmaq
-Azərbaycan , rus və ingilis dilini bilməli
-MS Office (Word, Excel) yüksək səviyyədə bilmək, digər dizayn proqramlarında işləmə bacarığı namizəd üçün üstünlükdür;
-Yüksək analitik qabiliyyətə, ünsiyyət və təqdim etmə bacarıqlarına malik olmaq;
-Məqsədyönlü, məsuliyyətli, operativ və yeni ideyalara malik olmaq.
Maraqlnan namizədlər CV-lərini [email protected] e-mail ünvanına mövzu hissəsinə “Marketinq üzrə mütəxəssis ” qeyd edərək göndərə bilərsiniz.
Vakansiyalar
- 1 ay, 3 həftə, 6 gün, 8 saat, 21 dəq
- 2 ay, 3 həftə, 6 gün, 10 saat, 14 dəq
- 6 ay, 1 gün, 4 saat, 59 dəq
-
6 ay, 1 həftə, 6 gün, 30 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır
- 6 ay, 2 həftə, 3 gün, 8 saat, 28 dəq