Sirab ASC satış təmsilçisi axtarır (Spirtli və Spirtsiz içkilərin satışı HORECA üzrə)

İşəgötürən: Sirab ASC
Vakansiya: Satış təmsilçisi (Spirtli və Spirtsiz içkilərin satışı HORECA üzrə)
Son tarix: 08 oktyabr 2022
Əsas tələblər:
-Minimum təhsil dərəcəsi: Orta-ixtisas
-Komputer bilikləri: MS Office – Başlanğıc səviyyədə;
-Dil bilikləri: Azərbaycan dili – Əla
-Yaş həddi: 22 – 30;
-Kişi namizədlər üçün B kateqoriyalı sürücülük vəsiqəsinin olması və şəxsi avtomobilin olması mütləqdir;
-Təcrübə: Sürətli İstehlak sektorunda (əsasən su və spirtli içkilər üzrə) minimum 1 il satış təcrübəsi;
-Satış sahəsində karyera qurmağı hədəf seçən.
Fərdi keyfiyyət göstəriciləri:
-Qərarlı, müştəri yönümlü, diqqətcil və rəqabəti bacaran;
-Komanda ilə işləmə bacarığı;
-Yaradıcı və innovativ yanaşmalara açıq, öyrənməyə maraqlı;
-Planlaşdırma və problem həll etmə bacarığı;
-İnsani münasibətləri güclü, səlis danışıq və düzgün diksiya, ünsiyyətcil və inandırmaq qabiliyyəti yüksək;
İş barədə:
-Firma ilə satış nöqtələri arasında məhsul və xidmət dövriyyəsini təmin edib, təmsil etdiyi şirkətin məhsul və xidmətlərini ən yaxşı şəkildə tanıtmaq və satışını aparmaq;
-Müəyyən edilən rut planı üzərində müştəri ziyarətləri edərək, büdcəsindəki hədəflər istiqamətində sifarişləri almaq;
-Sifariş zamanı ödəmə şəklini müəyyən edərək, ödənişləri əldə etmək;
-Mövcud müştərilər ilə əlaqələri gücləndirmək, yeni müştərilər qazanmaq;
-Yeni məhsulları tanıtmaq;
-Müştəriyə verilən qurğu və avadanlıqların (Stend, soyuducu və s. satış artırıcı avadanlıqlar) uyğun şəkildə istifadə edilməsini təmin etmək;
-Satış sonrası əməliyyatların, çatdırılma və ödəmə proseslərini izləmək və ödənişləri həyata keçirmək;
-Müştəri qalıq (stok) hərəkəti tarazlığını nəzərdə tutulan səviyyədə idarə etmək.
Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:
-Fix və Satışa görə bonus;
-Yemək pulu və yanacaq pulu şirkət tərəfindən;
-Korporativ telefon nömrəsi və danışıq paketi;
-İş qrafiki: 6 günlük iş həftəsi, bazar günü istirahət;
-İşə ərazidə başlanılır ofisə yalınız iclaslarda gəlinəcəkdir.
İş yeri: Xırdalan şəhəri, Bakı-Quba şossesninin şərqi 18 A (Masazır dairəsinin yaxınlığı).
Müraciət forması:
Uyğun namizədlərdən cv-lərini mövzu yerinə “Satış təmsilçisi” yazmaqla [email protected] e-mail ünvanına göndərmələri xahiş olunur.
Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq
Vakansiyalar
-
2 gün, 2 saat, 53 dəq
“Happy Market”ə işçilər tələb olunur -Müdir müavini, kassir, satıcı
- 2 gün, 5 saat, 52 dəq
-
2 gün, 5 saat, 53 dəq
Zeytun Pharmaceuticals logistika və sənədləşmə üzrə mütəxəssis axtarır
- 2 gün, 5 saat, 56 dəq
- 2 gün, 5 saat, 58 dəq