İnşaat mallarını satan şirkət satış məsləhətçisi axtarır

Satıcı

omid


İşəgötürən: OMİD MMC

Vakansiya: Satış Məsləhətçisi

Maaş : 400-500 AZN + Bonus

-Şəhər- Bakı

-Yaş- 20 – 35 yaş

-Təhsil- Natamam ali

-İş təcrübəsi- 1 ildən 3 ilə qədər

-Elanın tarixi- May 05, 2022

-Bitmə tarixi- İyun 04, 2022

-Əlaqədar şəxs- Səxavət Veysəlzadə

-Telefon

(055) 500-91-00
(012) 564-77-93

-E-mail- [email protected]

İş barədə məlumat

– Şöbənin fasiləsiz satış işini təmin etməlidir
– Müştərilərlə gülərüz, mehriban olmalı, alıcılarla nəzakətli rəftar etməli, onların məhsullarla ətraflı tanış olmasına şərait yaratmalıdır
– Şöbəni təmiz və səliqəli saxlamalı, hər gün satışdan əvvəl malların tam yoxlanışını (adlar, qiymətlər, malın xarici görünüşü, son istifadə tarixi və s.) keçirməlidir
– Malları vitrin və ya rəflərə səliqəli düzməli, əlavə vasitə və avadanlıqların yerində olub-olmamasını yoxlamalıdır
– Qiymət etiketlərinin qiymət cədvəlinə uyğunluğuna nəzarət etməli, bütün malların qiymətinin yerində olmasından və düzgünlüyündən cavabdehdir
– Ona təhkim olunan şöbələrdə satış mallarının səliqəli düzülməsinə, tarix kontroluna və inventarlarının keçirilməsinə cavabdehdir
– Satış apararkən daim düzülüşü yeniləməli, vitrin boşluqlarını aradan qaldırmalıdır
– Anbardan malları qəbul edərkən onların tamlığına ,qablaşdırılmasına, qiymət dəyişikliyinin olub-olmamasına nəzarət etməli və təmizləməlidir
– İş zamanı təsdiqlənmiş iş uniformasında olmalı, xarici görünüşünə, şəxsi gigiyenasına fikir verməlidir və iş saatlarında ona verilən yaxa kartını daim üzərində görünəcək vəziyyətdə saxlamalıdır

İş qrafiki:
– 09:00-dan 19:00-dək
– Həftə içi 6 gün
– 1 gün istirahət
– Əməkhaqqı: 400-500 +Bonus
– Nahar şirkət tərəfindən verilir və yaxu 90 AZE yemək pulu
– AR Əmək qanunvericiliyinə uyğun sənədləşmə

Namizədə tələblər

– Müvafiq sahə üzrə 1-3 il iş təcrübəsi
– Dil bilikləri: Azərbaycan dili-Səlis (Rus dili arzuolunan)
– Orta və ya ali təhsil
– Elementar riyazi hesablamaları
– Satış texnikası və prinsiplərini
– İşgüzar ünsiyyət və davranış etiketi qaydalarını bilməlidir

Qeyd edilən tələblərə uyğun olan namizədlərdən şəkilli “CV”lərini mövzu yerində “Satış məsləhətçisi” yazaraq [email protected] ünvanına göndərmələri və ya N.Nərimanov rayonu, Ə.Rəcəbli 184 ünvanında yerləşən baş ofisə gəlmələri xahiş olunur.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]