Satış məsləhətçisi tələb olunur – (bəy namizəd)

Satıcı


İşəgötürən – OMİD Mağazalar şəbəkəsi



Xutor, Nərimanov, Ə.Rəcəbli əraziləri üzrə.

Əmək haqqı 400-500 manat

İş barədə məlumat:

Mağazanın satış işini təmin etməlidir;

Müştərilərlə gülərüz, mehriban olmalı, alıcılarla nəzakətli rəftar etməli, onların məhsullarla ətraflı tanış olmasına şərait yaratmalıdır;

Malları vitrin və ya rəflərə səliqəli düzməli, əlavə vasitə və avadanlıqların yerində olub-olmamasını yoxlamalıdır;

Qiymət etiketlərinin qiymət cədvəlinə uyğunluğuna nəzarət etməli və bütün malların qiymətinin yerində olmasından cavabdehdir;

Satış apararkən daim düzülüşə nəzarət etməli və vitrin boşluqlarını aradan qaldırmalıdır;

Mağazanın forma geyim tələblərinə riayət etməlidir;

6 günlük iş rejimi.

Nahar şirkət tərəfindən qarşılanır, bonus və əlavə imtiyazlar da mövcuddur.

Namizədə tələblər:

18-30 yaş

Bəsit riyazi biliklərin olması vacibdir

Ali və ya orta təhsilli (peşə və kollec məzunlarına üstünlük verilir)

Müvafiq sahədə təcrübənin olması üstünlükdür.

Xutor, Nərimanov, Ə.Rəcəbli, ərazilərində yaşayan bəy namizədlərə üstünlük veriləcək.

Uyğun namizədlərdən CV-lərində yaşadığı ərazini və mövzu hissəsində “Satış məsləhətçisi” başlığı ilə qeyd    etməklə   [email protected]    elektron ünvanına göndərmələri xahiş olunur.

Əlaqə nömrəsi: 055-500-91-00 

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]