Satış məsləhətçisi tələb olunur

Satıcı


İşəgötürən – Baku City Residence

Namizədə tələblər:

Daşınmaz əmlak satışı sahəsində minimum 1 il iş təcrübəsi;

Ali təhsil (Satış, marketinq və ya oxşar ixtisaslar üzrə);

Dil bilikləri: Azərbaycan dili (sərbəst), Rus dili (sərbəst), İngilis dili (arzuolunandır);

MS Office proqramlarını ( Word, Excel, Outlook) və ofis avadanlıqlarından istifadəni bilməli;

Ünsiyyətcil, məsuliyyətli və komandada işləmək bacarığı;

Biznes etikası və biznes görünüşə sahib olmalı;

Müştərilərlə sıx və yüksək səviyyəli münasibət qurmaq qabiliyyəti;

Analitik düşünmə qabiliyyəti;

Yeni bilik və bacarıqları özündə inkişaf etdirməyə həvəsli olmalı;

Satış məsləhətçisi və ya oxşar vəzifə kimi 2-3 il iş təcrübəsi.

İş barədə məlumat: 

Müştərilərlə danışıqların aparılması və yeni müqavilələrin bağlanması;

Müştərilərin tələb və istəklərini nəzərə alaraq onlara köməklik göstərmək və onları maraqlandıran bütün suallarını geniş şəkildə cavablandırmaq;

Satış aksiyaları və kampaniyalar barədə müştəriləri məlumatlandırmaq;

Mövcud müştərilərlə işlərin planlaşdırılması – alqı-satqı əməliyyatlarının aparılması, şirkət adından müqavilələrin bağlanması;

Müəyyən edilmiş satış hədəflərini razılaşdırılmış müddətlərdə qarşılamaq;

Müştəri problemlərini həll etmək və onların ehtiyaclarını ödəmək üçün səy göstərmək və digər şöbələrlə sıx əməkdaşlıq etmək;

Müştəri ehtiyacları, problemləri, maraqları, yeni xidmətlər/məhsullar barədə təkliflər haqqında birbaşa rəhbərə hesabat təqdim etmək;

Əməkdaşlığı təmin etmək üçün marketinq komandası ilə işləmək, daşınmaz əmlakla bağlı konfranslarda, tədbirlərdə və s. iştirak etmək;

Gündəlik, aylıq, illik hesabatları rəhbərliyə təqdim etmək.

Müştərilərə şirkətin bundan öncəki, hazırda və gələcəkdə inşa ediləcək layihələr barəsində ətraflı məlumatın verilməsi.

Namizədlərdən şəkilli CV-lərini yuxarıda qeyd olunan    [email protected]  e-mail ünvanına göndərmələrini xahiş edirik.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]