Satış və marketinq üzrə mütəxəssis / aparıcı mütəxəssis tələb olunur

İşəgötürən – SpektrMed
İş yeri: Bakı
İş rejimi: 6 günlük (şənbə günü 10:00-13:00)
Əmək haqqı: Satış və marketinq üzrə mütəxəssis üçün başlanğıc 500 AZN + satışdan bonuslar / Satış və marketinq üzrə aparıcı mütəxəssis üçün başlanğıc 700 AZN + satışdan bonuslar. Müsahibə əsasında, namizədin bilik və bacarıqlarına uyğun olaraq əmək haqqı məbləği təkrar nəzərdən keçirilə bilər.
Vəzifə öhdəlikləri:
Satış hədəflərinə çatmaq üçün biznes planlarının hazırlanmasında və həyata keçirilməsində aktiv iştirak etmək;
Şirkət strategiyalarına uyğun olaraq müəyyən edilmiş satış hədəflərinin reallaşdırılması istiqamətində aktiv müştəri ziyarətlərinin təşkili, mövcud və potensial müştərilər qarşısında məhsulların tanıtımını həyata keçirmək;
Bazar araşdırması fəaliyyətinin effektiv şəkildə aparılması, yeni müştərilərin tapılması və yaradılmış portfelin effektiv idarə olunması;
Məsul olduğu bölgələrdə bazar, rəqabətlilik və müştəri analizləri etmək;
Zəruri hesabatların rəhbərliyə mütəmadi olaraq təqdim edilməsi.
Tələb olunan bilik və bacarıqlar:
Səhiyyə sahəsində xüsusəndə laborator tibbi diaqnostika bölümündə təcrübə sahibi olmaq;
Tibbi və ya bioloji təhsili olmaq mütləqdir;
Problemlərə həll yönümlü yanaşma;
Yüksək səviyyədə şifahi və yazılı ünsiyyət qurma və təqdimat bacarığı;
Kompüter və ofis proqramlarından yaxşı istifadə etmək bacarığı;
İngilis və rus dili bilikləri;
Tibbi laborator diaqnostik cihazların satışında ən az 1 il təcrübəyə sahib olan namizədlərə üstünlük verilir.
Üstünlüklər:
Dərin bilik və bacarıqların inkişaf etdirilməsi üçün korporativ mühit;
Əməkdaşlıq etdiyimiz dünyanın aparıcı şirkətlərinin təcrübəsini öyrənmək;
Gələcəyin bu sahə üzrə peşəkar mütəxəssisinə çevrilmə imkanı;
Kariyera yüksəlişi imkanı;
Yerli və beynəlxalq tədbirlərdə iştirak;
Cari fəaliyyət nəzərə alınaraq satışlardan bonus əldə etmək.
Gözləntilər:
Stress və təzyiq altında işləmək bacarığı;
Daim öyrənməyə meyilli olmalı;
Kollektivin üzvləri ilə mehriban münasibətlərin qorunmasına diqqət;
Rəhbərlik və şöbələr arası subordinasiya qaydalarına əməl edilməsi.
Yuxarıda qeyd edilən kriteriyalara uyğun namizədlər öz CV-lərini [email protected] elektron poçt ünvanına mövzu hissəsində “Satış və marketinq üzrə mütəxəssis / Satış və marketinq üzrə aparıcı mütəxəssis” yazaraq göndərmələri xahiş olunur. Əks halda müraciətlərə baxılmayacaq.
Vakansiyalar
- 1 ay, 2 həftə, 3 saat, 6 dəq
-
1 ay, 3 həftə, 4 gün, 22 saat, 37 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır
- 1 ay, 4 həftə, 2 gün, 6 saat, 35 dəq
- 2 ay, 3 gün, 6 saat, 25 dəq
- 2 ay, 3 gün, 6 saat, 28 dəq