Satış üzrə mütəxəssis tələb olunur

Satış mütəxəssisi


İşəgötürən – Kale Solution



Öhdəliklər:

Şirkətin  istehsalı olan məhsulların satışını təşkil etmək;

Təyin olunan marşrut üzrə vaxtlı-vaxtında müştəriləri ziyarət etmək və sifarişlər götürmək;

Təyin olunmuş satış planlarının icrası;

Müştəri məlumat bazasının yaradılması və yeni müştərilər haqqında məlumatın vaxtında, tam və keyfiyyətli ötürülməsinin təşkili və nəzarətdə saxlanılması;

Müştərilərdən ödənişlərin toplanmasına nəzarət etmək;

Yeni məhsulların ticarət nöqtələrində təqdimatı;

Yeni müştərilərin tapılması və partnyor şəbəkəsinə daxil edilməsi;

Satışın stimullaşdırılması üçün tədbirlər görmək;

Gündəlik fəaliyyət haqqında satış müdirinə hesabat vermək;

Ümumi satış hədəfi tələblərini yerinə yetirmək;

Yüksək səviyyədə müştəri xidmətini təmin etmək;

Gündəlik, həftəlik və aylıq satış analizi aparmaq, satış hədəflərini təyin etmək və hesabat hazırlayıb rəhbərliyə təqdim etmək;

Satış sonrası müştəri məmnuniyyətinin yüksək səviyyədə təmin olunması strategiyasını yaratmaq və nəzarət mexanizmini tətbiq etmək;

Satış strategiyasını hazırlamaq, strateji planlaşdırmada iştirak etmək;

Satış həcminin artırılması yönündə təkliflər vermək;

Bazar araşdırması edib, potensial müştəriləri müəyyən və cəlb etmək;

Tələblər:

Ali təhsil;

Satış sahəsində ən azı 1-3 il iş təcrübəsi;

Satışları təhlil etmək bacarığı;

Bakı şəhərinin satış nöqtələrini yaxşı tanımalı;

Kompüterdə sərbəst işləmək bacarığı;

Yaxşı ünsiyyət və yaxşı təqdimat bacarıqlarına malik olmalı;

İnkişafa meyilli,öz üzərində işləyən;

Məsuliyyətli, dəqiq, ciddi, səliqəli olmalı

Yaş həddi 20-40 arası

Tekstil sahəsində təcrübəsi olanlara üstünlük veriləcəkdir.

Digər məlumatlar:

iş saatları: 09:00-dan 18:00-dək; Ofis Bakı şəh., Binəqədi rayonu;

6 günlük iş qrafiki; şənbə günü qısaldılmış;

Görüşlər üçün avtomobil ilə təmin edilmə;

Əmək haqqı: (bonuslar olacaq) təhsil, iş stajı və iş bacarığı nəzərə alınmaqla qarşılıqlı razılaşma əsasında müəyyən olunur.

Göstərilən tələblərə cavab verən namizədlərdən Azərbaycan dilində tərtib edilmiş CV-lərini mövzu (subject) hissəsinə “Satış üzrə mütəxəssis” adını qeyd edərək    [email protected]   elektron ünvanına göndərmələri xahiş olunur.

Qeyd: Bu sahədə təcrübəsi olmayanlar, yeni məzun olan tələbələr, Satış Komandamızda iştirak edə bilərlər.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]