Satış üzrə mütəxəssis axtarılır

Satış mütəxəssisi


İşəgötürən – Fostanpak MMC

Tələblər:

Təhsil: Ali təhsil.

Avtomobili olması mütləqdir !

Həm xanım, həm bəy namizədlər müraciət edə bilərlər.

Yaş: 25-35 yaş arası

Kompüter bilikləri: MS Office proqramları və digər kömpüter bilikləri əlavə üstünlük hesab olunur,

Dil bilikləri: Azərbaycan. Digər dil bilikləri əlavə üstünlük hesab olunur.

İş təcrübəsi: Sahə üzrə ən az 1 il. 

Səlis danışıq qabiliyyəti, Qrammatik yazı yazma bacarığı; 

Stresə davamlı, Punktual, məsuliyyətli, ünsiyyətcil, kreativ ideyalı, işində çevik və dəqiq olması.

Komandada işləmək, problem həll etmə, araşdırma (research), öyrənmə bacarıqları;

Reklam materiallarının istifadə qaydası üzrə biliklər;

Tapşırıq üzrə funksional həllər təklif etmə bacarığı;

Vəzifə öhdəlikləri:

Müştəri məlumat bazasının yaradılması və yeni müştərilər haqqında məlumatın vaxtında, tam və keyfiyyətli ötürülməsinin təşkili və nəzarətdə saxlanılması;

Şirkət strategiyalarına uyğun olaraq müəyyən edilmiş satış hədəflərinin reallaşdırılması istiqamətində aktiv müştəri ziyarətlərinin təşkili, mövcud və potensial müştərilər qarşısında məhsulların tanıtımını həyata keçirmək;

Bazar araşdırması fəaliyyətinin effektiv şəkildə aparılması, yeni müştərilərin tapılması və yaradılmış portfelin effektiv idarə olunması;

Müştərilərlə zəng və ya e-mail vasitəsi ilə ilkin əlaqənin qurulması;

Bazarın, rəqiblərin araşdırılması, analizlərin aparılması və tələbatın müəyyənləşdirilməsi;

Hədəf auditoriyasının təhlili əsasında kommunikasiya planının hazırlanması;

Hesabatların hazırlanması, 

İş qrafiki: bazar ertəsi- cümə 09:00-18:00 

Şənbə 09:00-15:00

İş yerinin ünvanı: Bakı şəh.Binəqədi rayon,10 may küçəsi 395 

Əmək haqqı: 600+ (bonuslar olacaq) təhsil, iş stajı və iş bacarığı nəzərə alınmaqla qarşılıqlı razılaşma əsasında müəyyən olunur.

Göstərilən tələblərə cavab verən namizədlərdən Azərbaycan dilində tərtib edilmiş CV-lərini mövzu (subject) hissəsinə “Satış üzrə mütəxəssis” adını qeyd edərək    [email protected]   mail ünvanına göndərmələri xahiş olunur.

Qeyd: Müsahibə mərhələli şəkildə təşkil edilir.

Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]