Korporativ Satış Mütəxəssisi tələb olunur
İşəgötürən – iMotors
Namizədə olan tələblər:
Təhsil – ali;
Satış sahəsi üzrə minimum 3 il təcrübə;
Dil biliyi – rus dili yaxşı, ingilis dili – orta;
Yaş həddi 25-35;
Yüksək ünsiyyət və danışıqlar aparmaq bacarığı;
Müştəri Yönümlülük.
Vəzifə öhdəlikləri:
Bazar araşdırmalarının aparılması, potensial müştərilərin müəyyən edilməsi və cəlb edilməsi;
Xidmətin satışına aid sorğuların cavablandırılması, tələbin öyrənilməsi və tələbə uyğun məhsulların təklif olunması;
Yeni müqavilələrin bağlanması üçün potensial müştərilərlə görüşlərin təşkili və təqdimatların keçirilməsi;
Korporativ satışın icrası üçün lazımi müqavilə və sənədlər toplusunun hazırlanması.
İş şərtlərimiz:
Əmək haqqı: 970 – 1108 AZN + bonus;
İş qrafiki : Həftə içi 5 gün;
İş saatları: 08:30-17:30.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Korporativ Satış mütəxəssisi” yazaraq [email protected] adresinə göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Vakansiyalar
- 3 saat, 21 dəq
- 4 saat, 59 dəq
- 1 gün, 6 saat, 18 dəq
- 1 gün, 10 saat, 15 dəq
-
1 gün, 10 saat, 49 dəq
Nowoczesna rutyna w erze komputerowej: Jak technika rewolucjonizuje codzienność?