Onlayn satış üzrə mütəxəssis tələb olunur

Satış mütəxəssisi


İşəgötürən – Veysəloğlu MMC

İş yeri: Bakı şəhəri


İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək 

Vəzifə öhdəlikləri:

Sayt üzərindən reallaşan B2B satışlarının izlənilməsi;

WEB saytın daima dinamik saxlanılması və texniki düzəlişlərin təşkili;

Rəhbərlik tərəfindən tələb olunan hesabatların hazırlanması;

E-ticarət performansını yaxşılaşdırmaq üçün strategiyaların təyin olunması və tətbiq edilməsi;

E-ticarət mağazasına bağlı əməliyyat prosesi axınlarının yaradılması, izlənilməsi və idarə edilməsi;

İş axışı üçün müvafiq strukturlarla əlaqənin təmin edilməsi və prosesin idarə olunması;

Sistemlə bağlı mütəmadi olaraq rəhbərliyə təkliflərin verilməsi.

Vəzifə tələbləri:

İqtisadiyyat və ya Marketinq sahəsində ali təhsil;

MS Office biliyi (Excel yaxşı səviyyədə);

Analitik düşünmə bacarığı;

Yeniliklərə açıq olmaq;

Diqqətli, nəticə yönümlü olmaq;

Aydın və qısa şəkildə ünsiyyət bacarığı.

Əmək haqqı: Müsahibə əsasında təyin olunur

Təminatlar:

İş yerinə nəqliyyat vasitəsilə çatdırılma;

Nahar ilə təmin edilmə.

Müraciət qaydaları: Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “Onlayn satış üzrə mütəxəssis” qeyd etməklə   [email protected]    elektron poçt ünvanına göndərə bilərlər. 

Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]