Satış sahəsi üzrə mütəxəssis axtarılır

İşəgötürən – Fostanpak MMC
Namizədə dair tələblər:
Təhsil: Ali təhsil.
Avtomobili olması mütləqdir.
Kompüter bilikləri: MS Office proqramları və digər kömpüter bilikləri əlavə üstünlük hesab olunur,
Dil bilikləri: Azərbaycan. Digər dil bilikləri əlavə üstünlük hesab olunur.
İş təcrübəsi: Qida sahəsində ən az 1 il.
Səlis danışıq qabiliyyəti, Qrammatik yazı yazma bacarığı;
Stresə davamlı, Punktual, məsuliyyətli, ünsiyyətcil, kreativ ideyalı, işində çevik və dəqiq olması.
Komandada işləmək, problem həll etmə, araşdırma (research), öyrənmə bacarıqları;
Reklam materiallarının istifadə qaydası üzrə biliklər;
Tapşırıq üzrə funksional həllər təklif etmə bacarığı;
Vəzifə öhdəlikləri:
Müştəri məlumat bazasının yaradılması və yeni müştərilər haqqında məlumatın vaxtında, tam və keyfiyyətli ötürülməsinin təşkili və nəzarətdə saxlanılması;
Şirkət strategiyalarına uyğun olaraq müəyyən edilmiş satış hədəflərinin reallaşdırılması istiqamətində aktiv müştəri ziyarətlərinin təşkili, mövcud və potensial müştərilər qarşısında məhsulların tanıtımını həyata keçirmək;
Bazar araşdırması fəaliyyətinin effektiv şəkildə aparılması, yeni müştərilərin tapılması və yaradılmış portfelin effektiv idarə olunması;
Müştərilərlə zəng və ya e-mail vasitəsi ilə ilkin əlaqənin qurulması;
Bazarın, rəqiblərin araşdırılması, analizlərin aparılması və tələbatın müəyyənləşdirilməsi;
Hədəf auditoriyasının təhlili əsasında kommunikasiya planının hazırlanması;
Hesabatların hazırlanması,
İş qrafiki: bazar ertəsi- cümə 09:00-18:00
Şənbə 09:00-15:00
İş yerinin ünvanı: Bakı şəh.Binəqədi rayon,10 may küçəsi 395
Əmək haqqı: 700+ (bonuslar olacaq) təhsil, iş stajı və iş bacarığı nəzərə alınmaqla qarşılıqlı razılaşma əsasında müəyyən olunur.
Göstərilən tələblərə cavab verən namizədlərdən Azərbaycan dilində tərtib edilmiş CV-lərini mövzu (subject) hissəsinə “Satış üzrə mütəxəssis” adını qeyd edərək [email protected] mail ünvanına göndərmələri xahiş olunur.
Qeyd: Müsahibə mərhələli şəkildə təşkil edilir.
Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.
Vakansiyalar
- 1 gün, 6 saat, 23 dəq
- 1 gün, 6 saat, 25 dəq
- 1 gün, 6 saat, 27 dəq
- 1 gün, 6 saat, 29 dəq
- 1 gün, 6 saat, 31 dəq