Satış nümayəndəsi axtarılır

İşəgötürən – BME SH HILTI
Vəzifə Öhdəliyi:
Bazar potensialının qısa və orta müddətli nəzərdən keçirilməsi,Hilti Satış Strategiyasının nəzərə alınması,bütün şirkət siyasətlərinə və prosedurlarına riayət edilməsi.
Məsuliyyət sahəsi:
Mövcud və yeni müştərilərlə effektiv əlaqələrin yaradılması, əlaqələrin davamlı inkişafı , müştəri ehtiyaclarının həlli.
Məhsulların satışı,yeni məhsulların tikinti sahələrində, ofislərdə və istehsal müəssisələrində tətbiqi, müştərilərə məhsullar və onların istifadəsi barəsində məlumatların verilməsi.
Satış direktorunun dəstəyi ilə şirkətin strategiyası və prioritetlərinə uyğun olaraq aylıq, rüblük və illik satışların həyata keçirilməsi.
Şirkətin strategiyasına sadiq qalmaq,hər il verilən biznes və inkişaf məqsədləri çərçivəsində bacarıq və qabiliyyətlərinin artırılması.
Gündəlik hesabatları, müştəri haqqında məlumatları, həftəlik (aylıq) plan və tələb olunan hesabatların rəhbərliyə təqdim edilməsi
Satışdan sonra, alacaqların toplanılmasını , göstərilən müddətlə təqib edilməsi.
Profil:
Mühəndislik sahəsində təhsil almış
Yüksək ünsiyyət bacarığı, satışda müvəffəqiyyət və hədəf yönümlü inkişaf
Nəticəyə istiqamətlənmiş, dinamik, energetik , ünsiyyət qurmaq və özünü ifadə etmək bacarığı
Problemlərin həllində və qərarların qəbul edilməsində strateji və yaradıcı yanaşmaların olması
İngilis və Rus dili biliyi, MS Office proqramlarında işləmək bacarığı
Sürücülük vəsiqəsi
Zəhmət olmasa CV-lərinizi [email protected] e-mail ünvanına Satış Nümayəndəsi başlığıyla göndərin.
Vakansiyalar
- 2 gün, 7 saat, 33 dəq
- 2 gün, 7 saat, 36 dəq
- 3 gün, 51 dəq
- 3 gün, 1 saat, 33 dəq
- 3 gün, 1 saat, 35 dəq