Sahə rəisi axtarılır – (Park – Füzuli) – 3000 MANAT MAAŞ

Digər


İşəgötürən şirkət – Ricon MMC

Vəzifə funksiyaları üzrə gözləntilərimiz:

Layihənin İcra Planına uyğun olaraq, öhdəliyə götürülmüş Tikinti-İnşaat işlərini vaxtında, öncədən müəyyən edilmiş Texniki, Keyfiyyət və SƏTƏM standartlarına uyğun olmaqla və razılaşdırılmış maliyyə standartları və büdcə tərtibatı çərçivəsində həyata keçirmək;          

Layihə üzrə işlərin əhatə sahələrini, məqsəd və hədəflərini, tamamlama və çatdırılma müddətlərini  müəyyən etmək və onlara nail olunması üçün bütün resurslardan səmərəli istifadə etmək;

Layihənin idarə edilməsi zamanı müxtəlif qruplar üzrə görüləcək işləri və məsələləri müəyyən etmək, layihə üzrə ayrı-ayrı komandaların müştərək fəaliyyətinə rəhbərlik etmək;

Layihə üzrə yerli qanunvericilik tələblərini müəyyən etmək  və onların icrasını təmin etmək;

Layihənin həyata keçirildiyi ərazilərə mütəmadi baxış keçirilməsi, işlərin gedişinin monitorinqi, keyfiyyət və əməyin mühafizəsi tələblərinin ciddi şəkildə yoxlanılması və saxlanılmasının təmin edilməsi;         

İşin prioritetlərinin müəyyən edilməsi, təyin edilmiş layihə üzrə işlərin ümumi proqramının işlənib hazırlanması və tələb olunan resurslarla təmin edilməsinin həyata keçirilməsi;        

Layihə planında hər hansı problem və ya dəyişikliklə bağlı  düzəldici tədbirlərin görülməsini və ya bu haqda göstəriş verilməsini həyata keçirmək;  

Layihə üzrə Biznes Risklərin, həmçinin layihənin gündəlik olaraq meydana çıxan çətinliklərinin müəyyən edilməsi və onların aradan qaldırılması üçün tədbirlər planlarının işlənib hazırlanması və həyata keçirilməsi;      

Layihədə iştirak edən subpodratçılarla effektiv əlaqənin  saxlanması, onların işinin istiqamətləndirilməsi və müvafiq nəzarətin həyata keçirilməsi;

Layihənin bütün funksional şöbələri arasında vahid işbirliyinin yaradılması, şirkətin Beynəlxalq Standartlara əsaslanan idarəetmə sisteminin layihə çərçivəsində davamlı surətdə saxlanılması və inkişaf etdirilməsi;

Layihə üzrə davamlı hesabatlılığın həyata keçirilməsi, layihə mərhələləri və müddəti üzrə inkişafa dair, həmçinin növbəti həftə üzrə qərarlar və planlar barədə ardıcıl olaraq həftəlik hesabatların təqdim edilməsi;

Layihə üzrə məlumatların optimal surətdə paylaşılmasını təmin etmək, Layihə sənədləşməsinin layihə tələblərinə və şirkətin daxili prosedurlarına uyğun olaraq aparılmasını təmin etmək, onların müvafiq surətdə saxlanılmasına və istifadəsinə nəzarət etmək;

Texniki çətinliklər daxil olmaqla, mürəkkəb məsələlərin həllinə dair təkliflər irəli sürmək və onları həyata keçirmək;

Layihə müddəti və büdcəsi daxilində işlərin keyfiyyətli və səmərəli həyata keçirilməsi və sona çatdırılmasına dair məsuliyyət daşımaq;

Layihəyə cəlb olunmuş İnsan Resursları, Texniki resurslar, sənədləşmələr haqqında mütəmadi statistic məlumatların toplanılması, işlənilməsi,təhlil edilməsi və aylıq olaraq təhvil verilməsi;

Tabeçiliyində olan əməkdaşların əmək funksiyalarını (vəzifə təlimatını) müəyyən etmək, o funksiyaların tam həcmdə, lazımi keyfiyyətdə və zamanında yerinə yetirilməsinə nəzarət etmək və onları qiymətləndirmək;

Əməkdaşların əmək funksiyalarını tam həcmdə, lazımi keyfiyyətdə və zamanında yerinə yetirilməsi üçün zəruri şəraitin yaradılması və/və ya bu barədə baş ofisə sorğu verməli;

İşçilərin iş qrafiklərinə nəzarət.

Kvalifikasiyaya olan tələblər:

Ali təhsil;

Müvafiq sahədə  10 illik iş təcrübəsi (park salmada təcrübə mütləqdir);

MS Office (Word, Excel) yüksək səviyyədə bilmək; 

Sənədləşdirmə və yazışma işlərini yüksək səviyyədə bacarmaq;

İnşaat norma və qaydalarını bilməlidir;

Layihələşdirmənin metodlarını bilməlidir;

Tikinti materiallarının və konstruksiyaların növ və xüsusiyyətlərini bilməlidir;

Kollektivi idarəetmə vərdişləri, işgüzar ünsiyyətin və danışıqların aparılmasının üsul və metodları, daxili əmək intizamı qaydaları üzrə biliklər;

Liderlik qabiliyyətləri, yüksək analitik qabiliyyət, ünsiyyət və təqdimetmə bacarıqlarına malik olmaq, planlama qabiliyyəti,

Yüksək təşkilatçılıq bacarığı;

Problemləri həll etmək bacarığına malik olmaq;

Təşkilat və onun missiyasına yüksək sadiqlik;

Üzərinə məsuliyyət götürmək, müstəqil işləmək bacarığı və istəyi, habelə yüksək dürüstlük keyfiyyətləri;

Vəzifəsi üzrə Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası, yanğından mühafizənin norma və qaydaları, ətraf mühitinin mühafizəsi qaydalarını bilməlidir;

İş şəraitimiz:

Əmək haqqı 2500-3000 AZN;

İş qrafiki 6 günlük;

Mehriban komanda;

Perspektivli iş şəraiti;

Şirkətin digər benefitləri

Maraqlanan namizədlərdən CV-lərini mövzu hissəsində vakansiyanın adını qeyd etməklə    [email protected]   email ünvanına göndərməkləri xahiş olunur.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]