Restorana təmir işləri üzrə texnik tələb olunur

İşəgötürən: Saffron Restaurants Group
Vakansiya: Təmir işləri üzrə texnik
Son tarix: 11 may 2022
Əsas öhdəliklər:
-Restorana nəzarət etmək, sağlamlıq və təhlükəsizlik standartlarına cavab vermək üçün mexaniki avadanlıqların saz vəziyyətdə işləməsini təmin etmək;
-Elektrik avadanlıqlarının təmirini icra etmək ( xətalı lampaların və enerjyə qoşulma girişlərinin dəyişdirilməsi, elektrik panelində cərəyan ayrıcılarının vaxtaşırı təmiri);
-Lazım gəldikdə havalandırma soyutma və başqa texniki təchizatların qurulmasında yaxından iştirak etmək və lazımi texniki xidmətlərin gostərilməsini təşkil etmək;
-Yanğından mühafizə sistemlərinə texniki qulluq və lazım gəldikdə texniki müdaxilə etməyi bacarmaq;
-Ehtiyac olduqda digər texniki işləri görmək (kilidlərin ya açarların, sınıq şüşələrin dəyişdirilməsi, dülgər, malyar, boyama, santexnika işləri və s).
Əsas tələblər:
-Texnik kimi təcrübə;
-Elektrik, mexanik və digər sistemlər haqqında təcrübəyə və biliklərə malik olmaq;
-İsitmə, Soyutma, Havalandırma sistemlərində bilik və bacarıqların olması arzu ediləndir;
-Restoran və yaxud turizm sahəsində təcrübəyə üstünlük verilir.
Bu vakansiya yalnız Azərbaycan vətandaşlığı olan şəxslər üçündür.
Vakansiya ilə maraqlanan namizədlər tərcümeyi-halını (CV) [email protected] elektron ünvanına mövzu bölməsində vakansiyanın adını qeyd etməklə 10.05.2022-ci il tarixinədək göndərə bilərlər.
Mövzu bölməsində vakansiyanın adını qeyd etmədiyiniz təqdirdə sizin tərcümeyi-halınız (CV) nəzərdən keçirilməyə bilər.
Vakansiyalar
- 13 saat, 2 dəq
- 1 gün, 13 saat, 57 dəq
- 1 gün, 14 saat, 11 dəq
- 2 gün, 8 saat, 34 dəq
- 2 gün, 8 saat, 39 dəq