“RAM Holdinq” “İR Biznes Analitik” axtarır

“RAM” Holdinq “İR Biznes Analitik” vəzifəsi üzrə vakansiya elan edib.
Qeyd olunan proseslərdən anlayışlı olması və iş təcrübəsinin olması arzuolunandır (bir, yaxud bir neçəsindən):
İş və iş yükü analizləri sahəsində;
Biznes analitikası sahəsində;
İnsan Resursları proseslərindən;
Dərəcələndirmə sistemlərinin tərtibi sahəsində;
Təşkilati strukturların tərtibi, vəzifələr və rollar, səlahiyyət matrisləri və s. sahələr;
Namizədə olan tələblər:
– İngilis dili (intermediate və üzəri);
– Rus dili (arzuolunandır);
– Yüksək danışıq və yazışma bacarıqları;
-Analitik düşünmə və problem həlletmə bacarıqları;
– MS Excel (yüksək səviyyədə);
– MS Visio ilə işləməyi bacarmalı;
-MS Projects (başlanğıc səviyyə);
– Zərurət olduğu təqdirdə, ezamiyyətlərə getməyə hazır olmalı.
Vəzifə öhdəlikləri:
– İş analizlərini icra etmək;
-İş yükü analizlərini icra etmək;
-Vəzifələr üzrə funksiyaların yenidən tərtib olunmasında iştirak etmək və təkliflər vermək;
– İR metrikaları ilə bağlı məlumatları müxtəlif mənbələrdən toplamaq və emal etmək;
– Emal etdiyi məlumatları statistik, riyazi və biznes yönümlü təhlil etmək, trendləri müəyyən etmək;
– Təhlil etdiyi məlumatları işə qəbul, işçi əldə saxlama, işçi motivasiyası, turnover, involvement, komplayns və s. İR prosesləri baxımından hesabatlara əks etdirmək;
– Təqdimatlar hazırlamaq;
– Əməkdaşların hədəf meyarlarına əsasən qısa və uzunmüddətli hədəflərə çatma faizləri və s. KPI-ların nəticələri ilə bağlı hesabatları tərtib etmək;
– KPI-ların və hədəflərin təyin olunması üçün təhlil nəticələri ilə dəstək vermək;
– Göstəricilərə və təhlillərə əsaslanaraq proseslər, prosedurlar və aktivlikləri inkişaf etdirərək təşkilatın inkişafına töhfə verəcək tövsiyələr vermək;
– İşçi axışının önlənməsi, işçi loyallığının, motivasiyasının və effektivliyinin artırılması məqsədilə, təhlillərə əsaslanan tövsiyələr vermək;
– Vəzifələrin dərəcələndirilməsi və ya yenidən dəyərləndirilməsi proseslərində iştirak etmək və tövsiyələr vermək;
-Əmək haqqı sistemlərinin tərtibində iştirak etmək və tövsiyələr vermək;
– İnsan Resursları proseslərinin effektivliyini təhlil etmək və tövsiyələr vermək;
İş şərtlərimiz:
-Əmək haqqı: Müsahibə nəticələrinə əsasən müəyyən ediləcək;
– İş qrafiki : Tam iş günü (5 gün);
– İş saatları: 08:30-17:30;
– İş yeri: Yasamal ray., Mirəli Seyidov küç. (21 saylı məktəbin yaxınlığında).
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “İR Biznes Analitik” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Vakansiyalar
-
6 saat, 46 dəq
NOVCO Group of Companies korporativ satış mütəxəssisi axtarır
- 6 saat, 55 dəq
- 6 saat, 56 dəq
- 6 saat, 58 dəq
- 7 saat, 4 dəq