“RAM” Holdinqə “Təhlükəsizlik Şöbəsinin Rəhbəri” tələb olunur
“RAM” Holdinq “Təhlükəsizlik Şöbəsinin Rəhbəri” vəzifəsi üzrə vakansiya elan edir.
Namizədə olan tələblər
– Mühafizə işinin təşkilində minimum 3-5 il iş təcrübəsi;
– Hərbi xidmət keçmiş olmalı;
-Yaş həddi: 30 – 45 yaş;
– Regionlara səfər etməyə hazır olmalıdır.
Vəzifə öhdəlikləri:
– Müəssisənin mülkiyyətində və istifadəsində olan ərazilərin, daşınar və daşınmaz əmlakının nəzarətini təşkil etməlidir;
– Şirkət ərazisinə daxil olan hər bir şəxsin və nəqliyyat vasitələrinin, çıxan və daxil olan mallar və onların sayı, sənədlə düzgünlüyünün yoxlanmasını təmin etməlidir ;
– Tabeliyində olan əməkdaşlar arasında müvafiq vəzifə təlimatlarına uyğun olaraq iş bölgüsünü aparmalıdır;
– Şirkətdə hər hansı bir insidentin baş verdiyi təqdirdə şirkətdaxili qaydalara əsasən daxili araşdırma aparmalıdır;
-Müşahidə kameraları vasitəsi ilə, işçilərin, ərazinin və obyektlərin gün ərzində izlənilməsini təşkil etməlidir;
– İşçilər tərəfindən əməyin mühafizəsi, təhlükəsizlik texnikasının norma və qaydalarına, əmək intizamına, daxili əmək rejiminə riayət edilməsinə nəzarət etməlidir.
İş şərtlərimiz:
– Əmək haqqı: Müsahibə nəticələrinə əsasən müəyyən ediləcək;
– İş qrafiki : Tam iş günü (5 gün);
– İş saatları: 08:30-17:30;
– İş yeri: Binəqədi rayonu, Mədən küçəsi 4, Neptun marketlə üzbəüz.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Təhlükəsizlik Şöbəsinin Rəhbəri” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur.
Vakansiyalar
-
1 gün, 6 saat, 1 dəq
Sign Up Benefits at Online Gambling Establishments: A Comprehensive Overview
- 1 gün, 6 saat, 35 dəq
- 2 gün, 41 dəq
- 2 gün, 19 saat, 55 dəq
- 3 gün, 11 saat, 40 dəq