Port Education Center mühasib təcrübə proqramı elan edib

Təcrübə Proqramı


İşəgötürən: Port Education Center

Vakansiya: Mühasib Təcrübə Proqramı

Son tarix: 17 sentyabr 2022

“Port Education Center”MMC tərəfindən təşkil olunmuş növbəti Təcrübə proqramının qeydiyyatı başladı. Praktiki biliklərini və peşəkar vərdişlərini artırmaqda maraqlı olan, öyrənməyə həvəsli, çalışqan, öz üzərində daim çalışan, komandada işləməyi bacaran hər bir kəsi “Tax Services” MMC Consulting şirkətinin Mühasibatlıq şöbəsində 1 ay keçirilən “Mühasib Təcrübə Proqramı”-na dəvət edirik. Məlumdur ki, hər bir işin öz funksiyalarını şirkətlərdə faktiki sənədlər üzrə öyrənib təcrübə keçməklə daha dərindən öyrənmək olur. Muhasibatlığı daha praktik və  dərindən öyrənmək üçün sizi göstərilən təcrübə proqramında iştirak etməyə dəvət edirik. 

Tələblər:

-Ali təhsil, işdə məsuliyyətli olmaq, öhdəsinə düşən əmək funksiyalarını vaxtında, diqqətli və cəld formada yerinə yetirmək. 

Təcrübə proqramında nələri öyrənəcəksiniz:

-Vergilərin hesablanması və ödənilmə qaydaların izah edilməsi

-Sadələşdirilmiş, ƏDV, Torpaq, Əmlak, Yol, Aksiz, Mənfəət, Gəlir, Mədən, Ödəmə mənbəyindən tutulan vergilər 

-DSMF hesabatlarının verilməsi

-BTB proqramı

-1C proqram üzrə əməliyyatlatlar

-Kassa və bank əməliyyatları

-E-qaimə, elektron alış aktların yazılışı və tərtibatı

-Kadr kargüzarlığı və uçotu (əmr, ərizələr, məzuniyyətlər, ezamiyyətlərin və xəstəlik vərəqələrinin hesablanması və yazılış qaydaları)

-Muhasibatlığa aid digər mövzular

Təcrübə proqramı 1 ay 2 qrup olmaqla davam edəcək. 

Həftənin 5 iş günü 14:00-18:00 

Həftənin 6 və bazar günləri 15:00-18:00 (seçim sərbəstdir)

Proqramda iştirak ödənişlidir. Məbləğ 160 azn. İştirakçı sayı isə limitlidir!

Müraciət üçün https://bit.ly/3bFdekI 

Sonda hər bir iştirakçıya “Tax Services” MMC consulting şirkətində təcrübə keçdiyinizə dair sertifikat əldə edəcəksiniz! 

Bizimlə əlaqə:

+99455 648 0005  [email protected]

Səməd Vurğun 34 AF Mall

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]