Port Education Center mühasib təcrübə proqramı axtarır

Təcrübə Proqramı

Təcrubə proqrami


İşəgötürən: Port Education Center

Vakansiya: Mühasib Təcrübə Proqramı

Son tarix: 30 oktyabr 2022

“Port Education Center”MMC tərəfindən təşkil olunmuş növbəti Mühasib Təcrübə proqramının qeydiyyatı başladı. Praktiki biliklərini və peşəkar vərdişlərini artırmaqda maraqlı olan, öyrənməyə həvəsli, çalışqan, öz üzərində daim çalışan, komandada işləməyi bacaran hər bir kəsi “Tax Services” MMC Consulting şirkətinin Mühasibatlıq şöbəsində 1 ay keçirilən “Mühasib Təcrübə Proqramı” na dəvət edirik. 

Məlumdur ki, hər bir işin öz funksiyalarını şirkətlərdə faktiki sənədlər üzrə öyrənib təcrübə keçməklə daha dərindən öyrənmək olur. Əgər sizdə karyeranızı bu sahədə inkişaf etdirmək istəyirsinizsə təcrübə proqramının qeydiyyatına tələsin!  

Tələblər:

-Ali təhsil, muhasibatlıq sahəsində anlayışı olmalı, işdə məsuliyyətli olmaq, öhdəsinə düşən əmək funksiyalarını vaxtında, diqqətli və cəld formada yerinə yetirmək. 

Təcrübə proqramında nələri öyrənəcəksiniz:

-Vergilərin hesablanması və ödənilmə qaydaların izah edilməsi

-Sadələşdirilmiş, ƏDV, Torpaq, Əmlak, Yol, Aksiz, Mənfəət, Gəlir, Mədən, Ödəmə mənbəyindən tutulan vergilər 

-DSMF hesabatlarının verilməsi

-BTB proqramı

-Kassa və bank əməliyyatları

-E-qaimə, elektron alış aktların yazılışı və tərtibatı

-E-taxes e-gov.az, ƏMAS elektron sistemlər

-Kadr kargüzarlığı və uçotu (əmr, ərizələr, məzuniyyətlər, ezamiyyətlərin və xəstəlik vərəqələrinin hesablanması və yazılış qaydaları)

-Mühasibatlığa aid digər mövzular

-Vergi hesabatları, BTB proqram, E-taxes, ƏMAS, Əmək haqqı, DSMF hesabatları və digər muhasibatlığa aid işləri ilkin olaraq öyrədib, sonra icra etməsi üçün sizə təhvil veririk. 

Təcrübə proqramı 1 ay, qeyd olunan günlərdə davam edəcək.

Həftənin 1,3,5 günlər 10:00-13:00

Həftənin 1,3,5 günləri saat 15:00-18:00 

Həftənin 2,4,6 günləri saat 10:00-13:00

Həftənin 2 və 4-cü günləri 19:00-21:00

Həftənin 6 və bazar günləri 15:00-17:00 (seçim sərbəstdir)

Sonda hər bir iştirakçıya “Tax Services” MMC Consulting şirkətində təcrübə keçdiyinizə dair sertifikat əldə edəcəksiniz! 

Müraciət üçün:   https://bit.ly/3BOW6D6

Bizimlə əlaqə:  

+99455 648 00 05, 

[email protected]  

Səməd Vurğun 34

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]