PASHA Insurance ekspertiza şöbəsinin rəhbəri axtarır

rəhbər
İşəgötürən: PASHA Insurance
Vakansiya: Ekspertiza şöbəsinin rəhbəri
Son tarix: 02 iyul 2022
Vəzifə və Öhdəliklər:
-Sığorta hadisələri üzrə iddiaların tam və düzgün tənzimlənməsi prosesinə nəzarətin təmin edilməsi;
-Sığorta hadisələri barədə gündəlik məlumatların əldə edilməsi və prosesin tənzimlənməsi;
-Sığorta iddiaları prosesində mübahisə yaradan məqamlarda sığortalı və onların nümayəndələrinin qəbul edilməsi, tərəflər arasında imzalanmış müqavilə əsasında sığorta ödənişi üzrə bütün mübahisəli məqamların araşdırılaraq tənzimlənməsi;
-Qeydiyyata alınmış işlərin araşdırılması və mümkün sığorta dələduzluğu faktlarının ortaya çıxarılması prosesinə birbaşa nəzarət edilməsi;
-Şöbə əməkdaşlarının icraatında olan işlərə ümumi nəzarətin həyata keçirilməsi;
-Əmlaka dəyən zərərin qiymətləndirilməsinə aid sənədlərin kənar strukturlardan (avtoservislərdən, qiymətləndiricilərədən) əldə edilməsi;
-Təmir işlərinə ümumi nəzarətin həyata keçirilməsi və təmirin keyfiyyətli olmasının təşkil edilməsinə nəzarət;
-Dövlət və qeyri-dövlət qurumları ilə və həmçinin təkrarsığortaçılar ilə danışıqların aparılması;
-Sığorta hadisəsinin tənzimlənməsi prosesinin gedişində üçüncü (müstəqil) tərəfin cəlb olunmasının təşkili və yekun rəyin əldə edilməsi;
-Sığorta ödənişlərinə nəzarət edilməsi və əsassız xərclərin qarşısının alınması;
-Yekun zərərin təyin edilməsi və məlumatın departamentin müvafiq əməkdaşına ötürülməsi;
-Müştərilərin və avtoservislərin xeyrinə əsassız xərclərin qarşısının alınması;
-Departament əməkdaşlarının şöbələr arası qarşılıqlı əməkdaşlığının təşkil edilməsi və nəzarət edilməsi;
-Şöbə əməkdaşlarının vəzifə öhdəliklərinə və əmək nizam-intizamına riayət etmələrinə nəzarət edilməsi;
-Şöbə əməkdaşlarının işlərinin qiymətləndirilməsi prosesində iştirak;
-Sığorta iddialarının tənzimlənməsi prosesinin təkmilləşdirilməsi üçün təkliflərin hazırlanması və həmçinin departament əməkdaşlarının təkliflərinin rəhbərliyə təqdim edilməsi;
-Sistemin təkmilləşdirilməsi üçün irəli sürülən təkliflərə müvafiq sənədlərin hazırlanması və tətbiqinə nəzarət;
-Departamentin ümumi işində nöqsanların aradan qaldırılmasına cavabdehlik;
-Xidməti istifadəsinə verilmiş əmlakın səliqəli istifadə olunmasına məsuliyyət daşımaq;
-Birbaşa rəhbərin müvafiq tapşırıqlarının yerinə yetirilməsi.
Biliklər:
-Ali təhsil – hüquq, iqtisadi yaxud texniki;
-Dil bilikləri: Azərbaycan dilini sərbəst istifadə etmə bacarığı, İngilis və Rus dillərinin işlək səviyyədə olması (B1);
-Mövcud qanunvericilikləri bilmək, YNH haqqında bilik, avtomobil hissələrinin bazar dəyəri, servis xidmətləri, Yol Hərəkəti Qaydaları biliyi və avtomobil mexanizmi haqqında texniki bilik;
-Şirkətdə fəaliyyətdə olan sığorta qaydaları biliyi.
Təcrübə:
-Minimum 3 il iş təcrübəsi (həmçinin müştərilər ilə minimum 3 il iş təcrübəsi).
Bacarıqlar:
-Ünsiyyət qurmaq bacarığı;
-Problemlərin həlli bacarığı;
-Komanda ilə işləmək bacarığı,
-Liderlik;
-Əməkdaşları daha yaradıcı işə təlqin etmək;
-Müştərilərlə iş üsulları biliyi.
Son müraciət tarixi: 1 iyul
Zəhmət olmasa, müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi göndərin.
CV-nin göndərilməsi üçün e-mail: [email protected]
Vakansiyalar
- 8 saat, 2 dəq
- 8 saat, 48 dəq
- 9 saat, 26 dəq
- 10 saat, 13 dəq
- 10 saat, 14 dəq