PASHA Insurance assistans mərkəzinin rəhbəri axtarır

Direktor/Sədr

rəhbər


İşəgötürən: PASHA Insurance

Vakansiya: Assistans mərkəzinin rəhbəri

Son tarix: 16 sentyabr 2022

Vəzifə və Öhdəliklər:

-Assistans Mərkəzinin gündəlik fəaliyyətinin yoxlanılması, gün ərzində zənglərə cavab verilməsi prosesinə və operatorların online və ya offline statuslarına nəzarət etmək, zənglərin canlı axışını izləmək və xətdə gözləyən zənglərin dərhal cavablandırılmasına əmin olmaq, gecə və gündüz növbələri zamanı buraxılmış zəngləri yoxlamaq və həmin zənglərə geri dönülməsini təmin etmək; 

-Sığorta iddiaları prosesində mübahisə yaradan məqamlarda sığortalı və onların nümayəndələrinin qəbul edilməsi, tərəflər arasında imzalanmış müqavilə əsasında sığorta ödənişi üzrə bütün mübahisəli məqamların araşdırılaraq tənzimlənməsi;

-“Sığorta hadisələri barədə gündəlik məlumatların əldə edilməsi və prosesin tənzimlənməsi”;

-Dövlət və qeyri-dövlət qurumlar ilə və həmçinin təkrarsığortaçılar ilə danışıqların aparılması;

-Sığorta hadisəsinin tənzimlənməsi prosesinin gedişində üçüncü (müstəqil) tərəfin cəlb olunmasının təşkili və yekun rəyin əldə edilməsi;

-Departament əməkdaşlarının şöbələr arası qarşılıqlı əməkdaşlığının təşkil edilməsi və nəzarət edilməsi;

-Şöbə əməkdaşlarının vəzifə öhdəliklərinə və əmək nizam-intizamına riayət etmələrinə nəzarət edilməsi;

-Şöbə əməkdaşlarının işlərinin qiymətləndirilməsi prosesində iştirak;

-Sığorta iddialarının tənzimlənməsi prosesinin təkmilləşdirilməsi üçün təkliflərin hazırlanması və həmçinin Departament əməkdaşlarının təkliflərinin rəhbərliyə təqdim edilməsi;

-Keyfiyyəti yaxşılaşdırmaq, səhvləri minimuma endirmək və əməliyyat performansını izləmək üçün zəngləri izləmək ;

-Şöbənin ümumi işində nöqsanların aradan qaldırılmasına cavabdehlik;

-Birbaşa rəhbərin digər müvafiq tapşırıqlarının yerinə yetirilməsi.

Biliklər:

-Ali təhsil;

-Kompüter bilikləri: peşəkar səviyyədə MS Office proqramlarından istifadə bacarığı;

-Dil bilikləri: Yüksək səviyyədə Azərbaycan dili mütləqdir. Yaxşı səviyyədə İngilis və Rus dili bilikləri arzuolunandır;

-Mövcud qanunvericilik(lər) barədə biliklər. 

Təcrübə:

-Sığorta və ya əlaqəli sahədə 4-5 il iş təcrübə mütləqdir. Əlavə olaraq, sığorta iddialarının tənzimlənməsi və ya çağrı mərkəzi təcrübəsi olması arzuolunandır. 

Bacarıqlar:

-Yaxşı ünsiyyət bacarığı;

-Problemlərin həlli;

-Komanda ilə işləmək;

-İdarəetmə və koordinasiya;

-Əməkdaşları daha yaradıcı işə təlqin etmək ;

-Məntiqi və analitik düşüncə;

-Stresə davamlılıq;

-Emosional stabillik və məsuliyyətli olmaq.

Son müraciət tarixi: 15.09.2022

Zəhmət olmasa, müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi göndərin.

CV-nin göndərilməsi üçün e-mail: [email protected]

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]