“ParaBokt”-dan əmək haqqı+bonuslu təcrübə proqramı

Bakı şəhəri və Respublikamızın bölgə filialları üzrə karyeranı satış təmsilçisi sahəsində görür və bu istiqamətdə bilik və bacarıqlarını inkişaf etdirmək istəyirsənsə, səni “ParaBokt”un peşəkar komandasına qoşulmağa dəvət edirik.
Öhdəliklər:
– Təlimlərdə aktiv iştirak etmək
– Təlimlərdə keçilənləri mənimsəmək və tətbiq etmək
– Təlimçi və mentorla interaktiv işləmək
– Satış üzrə nəzəri və praktik bacarıqlarını inkişaf etdirmək
Tələblər:
– Yaşı 18-dən 25-ə qədər (Ali və orta ixtisas təhsili alan tələbələr və ya ali və orta ixtisas təhsilini bitirmiş gənclər)
– Karyerasını satış işində görmək
– Öyrənməyə açıq olmaq
– Hədəflərlə işləməyi bacarmaq
– Pozitiv ünsiyyət bacarığı
– Komandada işləməyə meyilli olmaq
Sizə nə vəd edirik:
– Peşəkar təlimçilərdən müasir satış üsullarını öyrənmə imkanı,
– Təcrübəçilərə yaşadıqları ünvana yaxın filiallarda təcrübə proqramı keçmək imkanı
– Ə/h+bonus
Qeyd: Təcrübə full-time şəkildə 3 ay müddətinə keçiriləcək. Bu müddəti uğurla keçən namizədlər işə qəbul ediləcəklər.
Maraqlanan şəxslər [email protected] ünvanına “təcrübə proqramı (müvafiq region üzrə)” yazaraq CV-lərini göndərə bilərlər.
Vakansiyalar
- 2 saat, 38 dəq
-
1 gün, 1 saat, 38 dəq
AGRO – WEST DC LLC işə qəbul üzrə aparıcı mütəxəssis axtarır
- 1 gün, 1 saat, 40 dəq
- 1 gün, 1 saat, 42 dəq
-
1 gün, 1 saat, 44 dəq
Sinteks Group of Companies informasiya texnologiyaları üzrə Təcrübə Proqramı elan edib