Para BOKT ödənişli yay təcrübə proqramı elan edib

Təcrübə Proqramı


İşəgötürən: Para BOKT

Vakansiya: Ödənişli Yay Təcrübə Proqramı

Son tarix: 07 iyul 2022

“ParaBokt”-dan Bakı şəhəri və Gəncə, Tovuz, Qazax, Füzuli, Beyləqan, Salyan, İsmayıllı, Yevlax, Mingəçevir, Şəki, Göyçay, Qəbələ bölgə filialları üzrə əmək haqqı+bonuslu təcrübə proqramı.

Karyeranı satış təmsilçisi sahəsində görür və bu istiqamətdə bilik və bacarıqlarını inkişaf etdirmək istəyirsənsə, səni peşəkar komandamıza qoşulmağa dəvət edirik.

Öhdəliklər:

-Təlimlərdə aktiv iştirak etmək

-Təlimlərdə keçilənləri mənimsəmək və tətbiq etmək

-Təlimçi və mentorla interaktiv işləmək

-Satış üzrə nəzəri və praktik bacarıqlarını inkişaf etdirmək

Tələblər:

-Yaşı 18-dən 25-ə qədər (Ali və ya orta ixtisas təhsili alan tələbələr və ya ali və ya orta ixtisas təhsilini bitirmiş gənclər)

-Karyerasını satış işində görmək

-Öyrənməyə açıq olmaq

-Hədəflərlə işləməyi bacarmaq

-Pozitiv ünsiyyət bacarığı

-Komandada işləməyə meyilli olmaq

Sizə nə vəd edirik: 

-Peşəkar təlimçilərdən müasir satış üsullarını öyrənmə imkanı,

-Təcrübəçilərə yaşadıqları ünvana yaxın filiallarda təcrübə proqramı keçmək imkanı

-Ə/h+bonus

Qeyd: Təcrübə full-time şəkildə 3 ay müddətinə keçiriləcək. Bu müddəti uğurla keçən namizədlər işə qəbul ediləcəklər.

Maraqlanan şəxslər “təcrübə proqramı (müvafiq region üzrə)” yazaraq CV-lərini göndərə bilərlər.

CV-nin göndərilməsi üçün e-mail: [email protected]

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]