Pambıq istehsalçısına çilingər tələb olunur
İşəgötürən – MKT İstehsalat Kommersiya MMC
Vakansiya – Çilingər
Əgər özünüzü bu vakansiyanın tələblərinə uyğun hesab edirsinizsə və ölkənin lider pambıq istehsalçısı olan “MKT İK” MMC-da karyeranızı davam etmək, peşəkar və mehriban komandanın bir hissəsi olmaq istəyirsinizsə linkə daxil olaraq müraciət edə bilərsiniz.
Vəzifə öhdəlikləri:
-İstehsalatda alət və avadanlıqlar vasitəsilə sınaq olunacaq hissələrin açılmasını və əməliyyatlarını həyata keçirmək;
-Avadanlıqların təhlükəsiz istifadə olunması üçün zəruri tədbirlər görmək;
-Demontaj və montaj zamanı tələb olunan ölçülərə dəqiq əməl etmək, itkilərin minimal həddə olmasını təmin etmək;
-Yerinə yetirilmiş işlərin keyfiyyətinə zəmanət vermək;
-Açıq və Qapalı Yarım stansiyalarda QPQ, Transformator, şin və kabelləri sınağa hazır vəziyyətə gətirmək, avadanlıqların ştabellərə yığılmasını həyata keçirmək;
-Alət və avadanlıqların qırılıb sıradan çıxmasına yol verməmək.
Tələblər:
-Mövcud sahədə minimum 1 il iş təcrübəsi;
-Çilingər alətlərindən istifadə etməyi bilmək;
-Fərdi mühafizə vasitələrindən istifadə etməyi bilmək;
-Sınaq avadanlıqları ilə işləməyi bilmək;
-Çəkilmiş elektrik veriliş xətlərinin dayaqlarının, su borularının, qaz kəmərlərinin möhkəmliyə və kipliyə pnevmatik sınaq olunması üçün tələb olunan alət və avadanlıqlardan seçilməsi və istifadə olunmasını bilmək;
-Borunun qaynaq olunmağa hazırlanmasını təmin etmək;
-Təmir-bərpa və quraşdırma işlərində texniki təhlükəsizlik qaydalarını bilmək.
Səriştələr:
-Məsuliyyətli
-Şəxsi inkişafa meylli
-Etibarlı
-Dürüst
Əlavə məlumat:
-Əmək haqqı razılaşma əsasında;
-İş yeri: Bakı şəhəri, Qafqaz Business Center;
-İş qrafiki: Bazar ertəsi-Cümə (09:30-18:30);
-Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
“MKT İK” MMC şirkəti – irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, ailə vəziyyətindən, ictimai-sosial mənşəyindən və əqidəsindən asılı olmayaraq hamı üçün bərabər imkanlar yaradan bir şirkətdir.
Elanın bitmə tarixi -12.11.2022
Vakansiyalar
-
1 saat, 32 dəq
Casino stranieri: verifica account, bonus e metodi di pagamento – guida pratica
-
17 saat, 2 dəq
Casino on-line manual: offerings, payments, and player journey
- 17 saat, 4 dəq
- 18 saat, 15 dəq
-
18 saat, 34 dəq
Digital Casino Site: Core Aspects, Game Selection, as well as Functional Usefulness for Players