Otelə növbəli nəzarətçi tələb olunur

Nəzarətçi


İşəgötürən – FLY INN BAKU

Vakansiya – Nəzarətçi

İş şəraiti:

Ünvan: Heydər Əliyev Beynəlxalq Aeroportu;

İş qrafiki: 2 növbəli;

-Əmək haqqı: 550 NET (Gecə növbəsində əmək haqqına 40% əlavə);

-Nahar və Nəqliyyat şirkət tərəfindən təmin edilir;

-AR ƏM -nə müvafiq sənədləşmə.

Xüsusi tələblər:

-Səliqəli xarici görünüş;

-Yaş həddi: 23-35;

-Tərcihən otelçilik sahəsində iş təcrübəsi;

Vəzifə öhdəliyi:

-Kamera müşahidəsi aparmaq;

-Qonaqların və həmkarların ola biləcəyi bütün yərləri nəzarətdə saxlamaq;

-Müəyyən edilmiş ərazilərdə nəzarət işləri aparmaq;

-Yanğın təhlükələrinə, təhlükəli iş yerlərinə və situasiyalara qarşı diqqətli olmaq;

-Yeni növbə işə başlamazdan 15 dəqiqə əvvəl hesabat etmək;

-İş qrafikinə və iş standartlarına riayət edildiyindən əmin olmaq üçün qeydiyyatları mütəmadi izləmək;

-Əmlakın, işçilərin qorunması və təhlükəsizliyinə görə məsul olmaq;

-Məxsusi bir tapşırıq və ya iş üçün təlimatlandırıldıqları zaman nəzarətçilər vəzifə təlimatına müvafiq hərəkət edəcəklər;

Nəyi bilməlidir:

-Azərbaycan, Rus və İngilis dili (Ünsiyyət səviyəsində);

-Kamera cihazlarının iş prinspiləri;

Nəyi bacarmalıdır:

-Yüksək davranış və ünsiyyət;

-Düzgün təhliletmə və qərarvermə;

-Məsuliyyəti üzərinə götürmə və problemi həlletmə;

-Detallara diqqət yetirmə;

-Çeviklik;

-Punktuallıq.

Gözlənilən davranışlar:

-Nizam-intizamlı;

-Stresə dözümlülük;

-Gülərüz və mehriban olmaq;

-Komanda ilə işləmək bacarığı;

-Dəyişkən iş qrafik və 2 növbəli işrejiminə uyğunlaşmaq;

-Səliqəli görünüm;

Qeyd olunan tələblərə uyğun namizədlər elektron [email protected] poçtuna mövzu yerində “Nəzarətçi” qeyd etməklə CV göndərə bilərlər.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]