Ölkənin ən böyük sənaye müəssisəsinə “Mühəndis-Elektrik”axtarılır

Elektrik


“STP Global Cable” MMC, Ümumi İstehsalat və Təchizat əməliyyatları departamentinin Elektrik Avadanlıqları İstehsalı bölməsi üzrə “Mühəndis-Elektrik” vakansiyası elan edir.

Özünə və peşəkarlığına güvənən, müvafiq sahədə təcrübəsi olan və tələblərə cavab verən namizədləri komandamıza qoşulmağa dəvət edirik.

Tələblər:
– Elektrik mühəndisliyi və ya aidiyyati sahə üzrə ali təhsil;
– Sahə üzrə minimum 3 il iş təcrübəsi;
–  MS office proqramlarında yüksək səviyyədə işləmə bacarığı;
–   Azərbaycan dilini sərbəst, ingilis dilini yaxşı səviyyədə bilməli;
–  İşgüzar və məsuliyyətli olmalı;
–  Problemləri vaxtında müəyyənləşdirmək və həll etmək bacarığına malik;
–  Sahə üzrə sertifikatların olması arzuolunandır.
 
Hansı işləri görəcəksiniz:
–   Yeni gərginlik dolablarının hazırlanmasını və elektrik sxemlərinə uyğun yığılmasını təmin etmək;
– Elektrik sxemlərini oxuyaraq yarana biləcək hər hansı nazsazlıqları aradan qaldırmaq;
–  Daxil olan sorğulara əsasən alçaq və orta gərginlikli yuvaların normalarının hazırlanması;
–   Material çeşidinin müəyyən edilməsi və maya dəyərinin hazırlanması üçün müvafiq prosedurların icra edilməsi;
–  Avtomatik qurğuların və tənzimləyicilərin iş prinsiplərini bilmək və yarana biləcək nazsazlıqları vaxtında aradan qaldırmaq;
–   Elektrik sistemi tənzimləyicisi seçimlərini təhlil etmək və sistemlə bağlı tövsiyyələr vermək;
–  Avadanlıqların nasazlıqlarını araşdırmaq və xətalı əməliyyatların səbəbini müəyyənləşdirmək;
–  Layihənin həyata keçirilməsi zamanı konstruktiv dəyişikliklərə nəzarət etmək;
–   İşlərində tələb olunan standartlara əməl etməli və görülən işin keyfiyyətə cavabdeh olmalı.
 
Nə əldə edəcəksiniz?
 
–   Ölkənin ən böyük sənaye müəssisəsində işləmək imkanı;
–  Təlim və inkişaf məsələlərində şirkətin tam dəstəyi;
 
Əlavə məlumatlar:
–  Əmək haqqı şirkət daxili mövcud dərəcələndirmə sistemi çərçivəsində təyin edilir;
–   Şirkət tərəfindən naharla və nəqliyyatla (servis) təmin edilmə;
– Tibbi sığorta mövcuddur;
–  İş vaxtı: Bazar ertəsi – Cümə, 08:00 – 17:00;
–   İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.
 
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Mühəndis-Elektrik” yazaraq 01.11.2022-ci il tarixinədək [email protected]z ünvanına göndərilməsi xahiş olunur. 

“STP Global Cable” MMC, STP Şirkətlər Qrupunun nəzdində yaradılan Biznes vahidlərindən biridir. Tərkibinə Kabel və Elektrik Avadanlıqları zavodları daxildir. Şirkətin istehsal sahəsi ümumilikdə 7 hektardan çox qapalı ərazidən ibarətdir.


Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]